viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var Adalet.az | Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Azərbaycanda surroqat ana olmaq üçün çoxlu müraciətlər var

3745    |   2019-07-03 17:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda ilk dəfə süni mayalanma 2004-cü ildə Mərkəzi Klinikada həyata keçirilib.

Bunu Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri, süni mayalanma mütəxəssisi, əməkdar həkim Mahirə İsmayılovaModern.azsaytına danışarkən bildirib.


"Dünya üzrə statistikaya nəzər salsaq, təqribən insanların 15-20 faizi sonsuzluqdan əziyyət çəkir. Azərbaycanda da bu faiz göstəricisi özünü göstərməkdədir. Son dövrlərdə süni mayalanma ilə uşağa sahiblənmək üçün müraciət edənlərin sayı da artıb. Bu onunla bağlıdır ki, ölkədə süni mayalanma üzrə kifayət qədər öz sözünü demiş mütəxəssislərimiz var”,- Mahirə İsmayılova bildirib.


Onun sözlərinə görə, əvvəllər cəmiyyət süni mayalanmaya birmənalı yanaşmırdı, indi isə vəziyyət dəyişib:

"Çoxları elə başa düşürdü ki, süni mayalanmadan doğulan uşaq başqasına aid olacaq. Maarifləndirici tədbirlərin həyata keçirilməsi, kütləvi informasiya vasitələrinin süni mayalanmanı dəqiq şəkildə işıqlandırması insanlarda sanki o qorxunu aradan qaldırdı. Təbii ki, bu işin ən gözəl nəticəsi də dünyaya sağlam uşağın gəlməsidir”.


Mahirə İsmayılova deyib ki, Azərbaycanda süni mayalanma üsulu ilə minlərlə uşaq dünyaya gəlib və hər biri də sağlam həyat yaşayırlar:


"Əvvəllər sonsuzluqdan əziyyət çəkən cütlüklər xarici ölkələrə üz tuturdular, indi isə xaricdən ölkəmizə daha çox müraciət edirlər. Bizə ən çox Rusiya, Qazaxıstan, Dağıstan, Orta Asiyadan, hətta Avropa ölkələrində yaşayan soydaşlarımız da müraciət edirlər. Eyni zamanda, maddi baxımından da xarici ölkələrlə nisbətdə, Azərbaycanda bu proses ucuz başa gəlir. Bizim klinikaya müraciətlərin əsas səbəbi də odur ki, bu sahədə 15 illik bir təcrübə qazanmışıq”.


M.İsmayılova onu da qeyd edib ki, süni mayalanmada hamiləlik şansı 100 faizlik deyil, dünya statistikası maksimum 50-60 faiz göstərir, Azərbaycan statistikası da bu rəqəmdən heç də geri qalmır.

Bəs bir ailəyə süni mayalanma neçəyə başa gəlir? Həkimin sualımıza cavabı belə olub:

"Bilirsiniz ki, süni mayalanma prosesi bir çox klinikalarda həyata keçirilir. Qiymətlər də təqribi eyni rəqəmləri göstərir. 3500- 5000 min manat arası dəyişir. Bu proseduru nisbətən bahalı edən dərmanlardır.

Mərkəzi Klinikada qiymətlər 3000-3500 manatdır, dərmanla birlikdə xidmət də göstərilir. Dərmanların qiyməti ortalama 1500-2000 manata qədər dəyişir.

Ümumi dünya üzrə statistikaya nəzər salsaq, məsələn, Amerikada bu prosedur 18 min dollar qiymətində aparılır.

Bir pasiyent var, söyləyir ki, Fransada onlara 25 min evro qiymət deyilib. Bu ölkələrlə müqayisədə Azərbaycanda qiymət çox aşağıdır”.

Maraqlıdır, süni mayalanma yolu ilə uşaq sahibi olmaq istəyənlər arasında surroqat analıq etmək istəyənlər də varmı?


Mərkəzi Klinikanın qadın mərkəzinin rəhbəri maraqlı cavab verib:


"Surroqat ana daşıyıcı ana deməkdir. Məsələn, bir qadının uşaqlığı var, ancaq yumurtalıqları fəaliyyətdə deyil. Bu cür qadınlara yumurta hüceyrələri seçilir, mayalanma prosesi gedir.

Bu məsələ ilə bağlı müraciətlər də çox olur. Çox güman ki,qanunvericiliklə surroqat analıq qadağan ediləcək. Ancaq bununla bağlı klinikaya müraciət edənlər çoxluq təşkil edir. Donor xidmətinə ehtiyac var. Hər klinikaya ayda 10-dan çox qadın müraciət edir.

Qanunla qadağan olunsa, təbii ki, Azərbaycanda bu xidmət göstərilməyəcək. Bu da insanlarda narazılıq yaradacaq. Cütlüklər məcbur olacaq ki, xarici ölkələrə üz tutsun. Nəticə etibarı ilə yəqin ki, Gürcüstana və Rusiyaya gedəcəklər. Genefondun dəyişməsi nəticəsində yumurta hüceyrələri başqa ölkənin vətəndaşlarına mənsub olacaq”.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK