adalet.az header logo
  • Bakı 12°C
03 Iyul 2019 16:27
18322
ELM VƏ TƏHSİL
A- A+

Deputat maksimum bal toplayan abituriyent qıza hədiyyə ALACAQ

Ali məktəblərə qəbul üzrə I qrup üzrə ikinci imtahanlarda Mingəçevir şəhər 8 saylı məktəbin məzunu Seydəhmədova Aysel Rauf qızı maksimum - 400 bal yığıb.

Mingəçevirdən olan deputat Aydın Mirzəzadə Ayselə hədiyyə alacağını bildirib.


A.Mirzəzadə deyib ki, respublika üzrə doqqus nəfər məzun belə yüksək bal toplaya bilib:

"İndi Ayselin telefon nömrəsini taparaq ona zəng etdim, özü və valideynlərilə danışdım. Ata fəhlə, ana evdar qadındır, iki övlad böyüdürlər. İkinci övladları da məktəbdə "əla” qiymətlərlə oxuyur.

Ayselə hədiyyə etmək istədiyimi dedim və öz arzusunu soruşdum. Onun istəyi ilə lazım olan bir hədiyyə alınıb ailəyə təqdim ediləcək”.


Deputat qeyd edib ki, valideynləri və Ayseli təbrik edib, onlara gözaydınlığı verib:

"Onun uğurunun tək özünün deyil, bütün Azərbaycan təhsilinin uğuru olduğunu bildirdim”.(modern.az)