adalet.az header logo
  • Bakı 19°C
03 Iyul 2019 15:47
29575
SİYASƏT
A- A+

Avropa Parlamentinə yeni sədr seçildi - YENİLƏNİB

Avropa Parlamenti sədrinin seçilməsi üçün keçirilən ikinci tur başa çatıb. Sədr postuna italiyalı David-Mariya Sassoli seçilib. Onun lehinə Avropa Parlamentinin 345 deputatı səs verib.

X X X

Avropa Parlamentinin sədri seçkilərində dörd namizəddən heç biri mütləq səs çoxluğu yığa bilməyib.

İtaliyalı namizəd David Sassoli 325 səs toplayıb ki, bu da tələb olunan 50 faiz+1 həddindən azdır.

Digər namizədlər arasında çexiyalı Yan Zaqradil 162, almaniyalı Ska Keller 133 və ispaniyalı Sira Reqo 42 səs toplayıb.

Ümumilikdə səsvermədə 662 deputat iştirak edib.

Parlament sədrinin seçilməsi üçün ikinci tur elan edilib.