adalet.az header logo
  • Bakı 11°C
03 Iyul 2019 15:42
18752
ELM VƏ TƏHSİL
A- A+

DİM Türkiyədə oxumaq istəyən abituriyentlərə müraciət etdi

Dövlət İmtahan Mərkəzi (DİM)Müdafiə Nazirliyinin xətti ilə TürkiyəninTibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına qəbul olmaq istəyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə,Azərbaycan ilə Türkiyə Respublikaları və Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2019/2020-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub.

Müsabiqədə 2019-cu ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında550 və daha yuxarıbal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək Gülhanə Tibb Fakültəsində, 6 (altı) nəfərin siyahısı isə Hərbi Tibb Akademiyasında təhsil alması məqsədi ilə seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

Gülhanə Tibb Fakültəsində və Hərbi Tibb Akademiyasında təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Kursantlar birinci kursda hərbi and içir və Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər şəxsiyyəti təsdiq edən sənədin əsli iləiyulun 11-dəkDövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.