adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
03 Iyul 2019 15:06
89145
HÜQUQ
A- A+

Keçmiş MTN zabiti yenə məhkəməyə gəlmədi

Bakı Hərbi Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Trend-in məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə V.Mahmudovun məhkəməyə gətirilmədiyi elan olunub.

Bu səbəbdən proses iyulun 22-dək təxirə salınıb.

Qeyd edək ki, iş üzrə ötən məhkəmə prosesi də eyni səbəbdən təxirə düşmüşdü.

V.Mahmudov ötən il noyabr ayının əvvəlində həbs edilib.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur.

Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş var. Zərərçəkmişlər general Akif Çovdarov və Elçin Quliyevin cinayət işində zərərçəkmiş qismində tanınan şəxslərdir.