Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Əbülfəs Qarayev: "UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı..." Adalet.az | Əbülfəs Qarayev: "UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı..." Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Əbülfəs Qarayev: "UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı..."

22684    |   2019-07-03 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib.

Adalet.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir bildirib: "Biz Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində olan mədəni irs nümunələri ilə bağlı məsələni ciddi şəkildə UNESKO-nun bütün üzvlərinin qarşısında qoyuruq, onları məlumatlandırırıq. Artıq UNESKO-nun Baş direktoru Odre Azule Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Bakıda olarkən həm cənab Prezident İlham Əliyev, həm də Birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşlərində də bu məsələ qaldırılıb. UNESKO Dağlıq Qarabağdakı tarixi abidələrlə bağlı daha ciddi addımların atılmasına hazır olduğunu bildirib və bu iş UNESKO ilə bizim diplomatlar arasında müzakir olunacaq".

Ə.Qarayev əlavə edib ki, bu, sadə proses deyil: "Amma əsas odur ki, Azərbaycan reallığı və işğal altında olan torpaqlarımızda mədəni sərvətlərimizin vəziyyətinin bizi narahat etməsi onlara tam aydın oldu. Biz UNESKO-nun fəal üzvlərindən biri olduğumuz üçün təşkilat bu vəziyyətə biganə yanaşa bilməz. Ümidvarıq ki, sessiya uğurla başa çatandan sonra növbəti bir neçə ay ərzində də müzakirələri davam etdirəcəyik".

Qeyd edək ki, 43-cü sessiyaya xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri, ümumilikdə 180-dək ölkədən 2500-dən çox iştirakçı qatılıb.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK