deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir Adalet.az | Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir

3862    |   2019-07-03 14:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bildiyimiz kimi, Azərbaycan Dillər Universiteti özünün keyfiyyətli təhsil proqramı ilə ölkənin seçilən ali məktəbləri sırasındadır. Müasir standartlara cavab verən universitet hər zaman dövlətə və dövlətçiliyə sədaqət nümunəsində gənc nəsil yetişdirir. 2018 - ci ilin oktyabr ayından Universitetin nəzdində fəaliyyətə başlayan Dil və Tərcümə Xidmətləri Mərkəzi də bu istiqamətdə atılan addımlardan biridir mərkəz fəaliyyətə başladığı gündən universitetin rektoru akademik Kamal Abdullayev tərəfindən mərkəzin qarşısında önəmli məqsədlər qoyulmuşdur. O məqsədlərdən biri də müəllimlərin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün beynəlxalq təhsil sistemində ən qabaqcıl təlimləri təşkil etməkdir.

Azərbaycanda ingilis dilini öyrənənlərə və müəllimlərə dəsdək üçün bir sıra layihələr təşkil edirik. Biz İngilis dili üzrə tədris proqramlarımızı təlim sessiyaları vasitəsilə həyata keçiririk. Bunların məqsədi tədris alanların və eləcə də müəllimlərin ingilis dili bacarıqlarını artırmaq, və onlara yeni perspektivləri təklif etməkdir. Bu məqsədlə mərkəzimizdə indiyədək aşağıdakı təlimlər təşkil olunub:

TKT "Teaching Knowledge Test” (Tədris Bilik və Bacarıqları üzrə Test) təlimi, akademik yazı və oxu təlimi, APTİS test təlimi, "Peşəkar tərcümənin əsasları” silsiləsindən təlim, "Diplomatik tərcümə”üzrə təlim və s. Təlimlərdə ümumilikdə 250 iştirakçı olub. Təlimlərin təşkili istiqamətində BakıMühəndislik Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti,Turizm Universiteti,Avrasiya Universiteti ilə əməkdaşlıq etmişik. Adları sadalanan universitetlərdən tələbə və müəllimlər mərkəzdə təşkil olunan təlimlərdə fəal iştirak edib və sonda sertifikatlar ilə təltif olunublar.

Bəs bu təlimlərin mahiyyəti nədir? Qeyd olunan təlimlərdən sadəcə birini misal olaraq diqqətə çatdıraq.

TKT dil daşıyıcısı olmayan İngilis dili müəllimləri üçün peşəkar tədris bilik və bacarıqları üzrə test imtahanıdır. Bu, tədris təcrübəsindən asılı olmayaraq bütün müəllimlər üçün ideal bir şansdır.

TKT – (Tədris Bilik və Bacarıqları üzrə Test) aşağıda qeyd olunan şəxslər üçün yaradılmışdır:

Hal-hazırda dərs deyən, lakin beynəlxalq səviyyədə ixtisaslaşmaq üçün öz təcrübələrini təsdiqlətmək istəyənlər, eyni zamanda öz tədris bacarıqlarını artıraraq, karyera imkanlarını genişləndirmək istəyənlər və tədris bacarıqlarını müasir metodlara uyğunlaşdırmaq istəyənlər üçün ideal bir təlimdir.

TKT təliminin imtahanı bir neçə moduldan ibarətdir. Siz onların hamısını və ya yalnız ehtiyacınıza uyğun olanı seçə bilərsiniz. Sizin modulların zamanını və növünü seçmək, eyni zamanda hər bir modul üçün sertifikat əldə etmək seçiminiz var.

Dil və Tərcümə Xidmətləri Mərkəzi peşəkar insanların öz potensialını artırmasına və karyera yüksəlişinə nail olmasına şərait yaratmaq məqsədilə müxtəlif peşəkar və universitetlərdə bir növ tələb qoyulmuş təlimləri, eyni zamanda imtahanları təşkil edir. Beynəlxalq səviyyədə tanınan bu imtahanların nəticəsində əldə olunan sertifikatlar bəzən şirkət və müəssisələrin yeni və mövcud işçilər üçün qoyduğu qaçılmaz tələb xarakteri alır.

Təlimlər ilə yanaşı, yeni tədris ilindən Azərbaycan Dillər Universitetində ilk dəfə olaraq ADU- nun müəllimlərindən ibarət universitetimizin və digər universitetlərin tələbələri üçün magistratura hazırlığına başlayacağıq, artıq indidən yüzə yaxın tələbə qeydiyyatdan keçmişdir.

Sonda bütün müəllimlərə, tələbələrə müraciət edərək bildirmək istərdim ki, öz biliklərinizi daha da artırmaq istəyirsinizsə, Azərbaycan Dillər Universitetinin Dil və Tərcümə Xidmətləri Mərkəzi sizə gözəl imkanlar təklif edir. Bunun üçün çox əlverişli şərait mövcuddur və mərkəz müasir təhsil və tədris standartlarına uyğundur. Bu imkanlardan maksimum yararlanın.

Azərbaycan Dillər Universitetinin dil və tərcümə xidmətləri mərkəzinin direktor əvəzi Elçin Hüseynov




İmza:

ADU-da müəllimlər üçün təlim yekunlaşdı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

51 abituriyentin qiymətində dəyişiklik edildi

Serbiya Kral Akademiyasının Prezidenti ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq

Nazir müavini: "Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa..."

Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!”

Bakı Ali Neft Məktəbi Texas A&M Universiteti ilə əməkdaşlığa başladı

UNEC-də növbəti monoqrafiyanın təqdimatı keçirilib

Bakı Ali Neft Məktəbinin tələbələri “CanSat Azərbaycan 2019” müsabiqəsində 2-ci olub

SON XƏBƏRLƏR
2019-07-20
2019-07-19
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK