viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Torpaq nisgili ilə köçdü bu dünyadan -FOTO Adalet.az | Torpaq nisgili ilə köçdü bu dünyadan -FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Torpaq nisgili ilə köçdü bu dünyadan -FOTO

3351    |   2019-07-03 14:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir ucu qarışıq, bir ucu faciəli, arzulu, sevincli gəlimli-gedimli dünyamızdan kimlər gəlir, kimlər gedir, bunu bir tarix bilir, bir də Yaradan özü. Ancaq hər gedişin arxasında mənalı, yamənasız bir ömür yolu, bir insan taleyi qalır. Bol dünyamızdan apardığı isə, yalnız lənət və ya rəhmət olur. "Dünya malı dünyada qalır" - deyib atalar.

Bu nisbilik baxımından götürəndə bəlkə də belədir. Ancaq insanın mənəvi dünyasından, dərketmə ideyasından götürəndə bu, belə olmur. çünki həqiqi insan özündən sonra gözəl ad, ləyaqətli övlad və onu tanıyanların qəlbinə həzin, heç nə ilə əvəz oluna bilməyən, silinməz xatirələr qoyub gedir. Bilal Əliyev kimi.

Bilal Cəlil oğlu Əliyev iki gündür aramızda yoxdur. Ancaq yeri artıq görünür.
1948-ci ilin 12 senntyabrında anadan olmuşdu. Gözəl Ağdam torpağında. İdmançı idi. Ağdamın voleybol yığmasında çıxış etmişdi.

Qısa müddərə "Qarabağ” futbol klubunda oynamağa fürsət tapmışdı.
Qarabağda müharibə başlayanda hər vəhclə ön cəbhəyə can atırdı. Xocalı sakinlərinin ərzaqla, silahla təmin edilməsində rol oynamışdı.

Son gününədək Ağdamın işğalı ilə barışmadı, torpaq nisgili ilə köçdü bu dünyadan.
Nə edəsən ki, axı ömür yolu, tale qisməti bizi yaradanın ixtiyarındadır, bizlərə qədər yaşamış əcdadlarımız bu yolu keçmiş, xatırlanaraq əbədi bir tarixə çevriliblər.

Bu gün bizlərə xatirə olaraq qəlbimizdə ayrılıq həsrətini yaşadan bir insanı kövrələrək yada salır, onunla birlikdə keçirdiyimiz xoş günlər bir daha gözümüz önündə canlanır. Gəlimli-gedimli dünya sirrini heç kimə verməyərək, hər birimizə bu dünya həyatını görməyə imkan verən və qəfil əlimizdən alan sirli-sehrli həyat, sən nə qəribəsən? Bir vaxtlar bizimlə birlikdə olan canlı bir insan indi bir şəkildən onun xatirəsini yad edən insanların toplaşdığı mərasim zalında bizlərə doğru baxır, gözlərində necə dərin mənalar olduğu aydın sezilir…

Fransız yazıçısı Onere de Balzak fəlsəfi kəlamlarının birində dəyərli sualına özü cavab verir: "Ən böyük zinət nədir? Mən deyərdim ki, gözəl qəlbli olmaq.” Bəli, Bilal müəllim məhz gözəl qəlbli idi.
Xatirələrimizdə əbədi qalmağı bacaran Bilal müəllim haqq dünyasına qovuşdu, biz isə ondan ayrıldıq. Bu müvəqqəti, fani, ötəri dünyada ulu Tanrının qismət etdiyi şərəfli bir ömür yolu yaşadı.
Ailəsinin , onu tanıyanların qəlbində hər zaman əbədi yaşayacaq, Bilal müəllim!
Ruhuna dualar oxuyaraq, Allahdan rəhmət diləyirik sənə, ruhun şad, yerin cənnət olsun. Amin!

Dostlarımız adından Bilal müəllimin oğlu,hörmətli Zaur Əliyevə dərin hüznlə başsağlığı veririk.

Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.
Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik…
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı…

İlqar Atabəyli





İmza:azerinfo.tv
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK