DİN işçi axtarır
Daxili İşlər Nazirliyi DİN-in Əlahiddə Çevik Polis Alayında vakant polis nəfəri (gecə xidməti) vəzifələrində xidmətə qəbulla əlaqədar müsabiqə elan edib
Sıra baxışına gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaqdır.
Kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali təhsilli və xarici dillərdən birini (əsasən ingilis dili) sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.
Əlavə olaraq nəzərə çatdırılır ki, boyu 180 santimetrdən aşağı olan və müsabiqənin digər şərtlərinə uyğun gəlməyən namizədlər keçid məntəqəsində yoxlanılaraq sıra baxışına iştiraka buraxılmayacaqlar.
Əlavə məlumat almaq üçün əlaqə telefonları:
(012)-590-97-52; (012)-590-94-12;
(012)-590-92-37; (012)-590-93-45.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi