adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
03 Iyul 2019 12:18
15786
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SEVGİMDİ






















Kim hesab olsam da nəzərlərində
Mənim sığındığım yuva - sevgimdi...
Ömrümün açılan səhərlərində -
Allaha və sənə dua -sevgimdi!..

Bəlkə də artıqdı yolu yormağım
Boşluğa uzanmış qolu yormağım...
Hər gün "Ol!"- söyləyib - olu yormağım -
Od, hava,torpağa, suya sevgimdi...

Qalıb ümidimin ayağı yalın
Torlanan gözümün pərdəsi qalın...
Məni dan üzünün suyuna salın -
Deyin, sifarişçi guya, sevgimdi...

Ruhum pərvanədi, könlüm yazçəkən
Kimdi bu sevgimdən çox, ya az çəkən?!
Nə sən naz dəlisi, nə mən naz çəkən -
Bizim aramızda " dava" - sevgimdi...