deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Aydın CANIYEV: Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli Adalet.az | Aydın CANIYEV: Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Aydın CANIYEV: Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli

6831    |   2019-07-05 10:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər yaşın gözəlliyi olduğu kimi, hər yaşında gözəl olanlarla bərabər, yaşı urvatsız edənlər də var, ancaq istənilən yaşda istənilən yaşı gözəlləşdirənlər də var – az və... çox az olsalar da!

Onlardan birincisi olmasa da, biri Nəsir Əhmədlidir!
Mənim ən müxtəlif fənlər üzrə çox yaxşı müəllimlərim olub! Amma mənim həm də çox gözəl həyat müəllimlərim olub.
Onlardan birincisi elə Nəsir Əhmədlidir! – yəni... bircə dəfə də nə sinifdə, nə auditoriyada mühazirəsini dinləmədiyim, seminarında olmadığım, fəqət... yaşamıyla, əxlaqıyla, mübarizəsyilə örnək olan müəllimlərimdən birincisi!
Bu gün onun ad günüydü və 77 yaşının təntənəsinə yarım saat qalmış başladım ürəyimdəkiləri yazmağa – ara-sıra görüşəndə məclislərdə özünə və üzünə dediyimi imzalamağa! Xasiyyətimdi: əvvəl adamın üzünə deyirəm, sonra "dalınca” danışıram!
Bəri başdan deyim ki, mən... həm fənn, həm də həyat müəllimlərimin "icmal”ıyam – nə qədər bəyəndiyiniz keyfiyyətlər varsa, hamısını müəllimlərimdən əxz edib sərgiləmişəm. Odur ki, məni hərə bir xüsusiyyətimə görə sevir. Mənim həyat müəllimim də elə Azərbaycan pedaqogikasının, ilk növbədə isə, "ali məktəblərin Kəbəsi" – Universitet müəllimlərinin, ələlxüsus da jurnalistikanın icmalıdır.
Bir dalğada Famil Mehdidir, bir koordinatda Şirməmməd Hüseynov, bir bucaqda Akif Rüstəmov, bir kvadratda Tofiq Rüstəmov (allah rəhmət eləsin!), bəzən də yeri gələndə... Əliş Nəbili (allah rəhmət eləsin!), gərəkəndə Mahmud Mahmudov, lazım deyilsə, amma məqsədəuyğundursa, Seyfulla Əliyev (allah rəhmət eləsin!), Nurəddin Babayevi də xatırladır (allah rəhmət eləsin!), Qulu Xəlillini də (allah rəhmət eləsin!).

Famil Mehdi I kursun I semestrində alırdı "Pravda”nı, "İzvestiya”nı, "Kommunist”i, "Bakraboçi”ni və girirdi auditoriyaya. O biri tələbə yoldaşlarımı deyə bilmərəm, amma mən hər dəfə utanırdım içimdə: jurnalistika fakültəsinin tələbəsi olsam da, o qəzetlərin heç birini almırdım və Famil müəllim danışdıqca, arada müdrik və suallı baxışlarını mənim də üstümdən təyyarə sürəti ilə keçirəndə, gəgir olurdum. Ürəyimdən də keçirmirdim ki, ay Famil müəllim, sabahdan olmasa da, gələn dəfə təkcə sizin dərsinizə məlumatlı gəlim deyə alaram... o qəzetləri! Mənə verilən pul və aldığım təqaüd ancaq və ancaq dərsə gəlib-getməyə və kənddə anamın tərtib etdiyi menyüyə çatırdı!
Əsgərlikdən sonra "Kommunist” qəzetində... kuryer işinə düzəlməyimin nədəni də məhz buydu: bütün mərkəzi və yerli qəzetlər "Azərbaycan" nəşriyyatında çap olunurdu, mən də o qəzetlərin hamısından bir nüsxə götürürdüm (mətbəə işini bilənlər məlumatlıdır: ilk 200-300 nüsxə "brak" sayılır və atılır - mən onlardan seçirdim) və nəinki o Famil müəllimdən, cəmi Azərbaycan oxucusunun hamısından əvvəl bilirdim ki, qəzetlər nədən yazır! Day jurnalistikada oxumağımdan, auditoriyada Famil müəllim kimi pedaqoqun haqlı mühakiməli və suallı baxışlarından utanmağa yer qalmırdı (təkcə "Komsomolka”nın əlavəsi "Sobesednik”i tanış köşkdən əlaltından alırdım).
Bax, Nəsir müəllim də elə Famil müəllim kimi, tələbəsinin halını bilib üzünə vurmayan, ləyaqətindən, əzəmətindən utanılan, çəkinilən Müəllim olub, Müəllimdir və Pedaqogika Tarixinə belə də həkk olunacaq!
Rəhmətlik Tofiq Rüstəmov dekan olsa da, professor, elmlər doktoru elmi dərəcələrini daşısa da, tələbələriylə danışanda, bir irad tutanda, cavanca uşaq kimi bığ yeri tərləyirdi – tez-tez dəsmalına əl atırdı!
Bax, Nəsir müəllim tələbəsini danlayanda belə tələbənin yerinə sıxılıb, əzab çəkib!
Akif Rüstəmov dekan idi. Raifə Həsənzadə heç cür qiymət yazmırdı. 6-cı göndərişi imzalayırdı Akif müəllim. Bircə dəfə də hirslənmədi, danlamadı, giley etmədi, hətta israrla "gəl, növbətisini götür”, - dedi.
Bax, Nəsir müəllim tələbəsinin çiyninə çiyin verən belə dayaq olub, dəstək olub!
Qulu Xəlillinin "Torpağın ətri” kitabı partamın üstündəydi. Kimsə mənə vermişdi, oxumuşdum. Allah xasiyyətimi kəssin, istənilən kitabı oxuyanda qeydlərimi edirəm səhifənin kənarında, hansısa fikrin altından xətt çəkib, qıraqda rəyimi yazıram. O kitabda "siz heç torpağın ətrini duymusunuzmu?” sualının altından xətt çəkib yazmışdım: "torpaqdan p...eyin iyi gəlir. Gül-çiçəyin iyiylə torpağın iyini qarışdırmazlar". Başım mühazirəyə necə qarışmışdısa, necə heyranlıqla qulaq kəsilmişdimsə, Qulu müəllimin nə vaxt yaxınlaşdığının, əlini atıb kitabı vərəqlədiyinin fərqinə varmamışdım. Qulu müəllim kitabı götürüb kafedraya yaxınlaşandan sonra sual verəndə ayıldım: sən torpağın ətrini duymusanmı?
Ayağa qalxmağımla məni oturtmağı bir oldu. Növbəti dərsdə mənə imzalı "Torpağın ətri”ni gətirdi!!! Hətta "Əkinçi niyə bağlandı?” sualına "Bağlanmalıydı” deməyimi "2” yazmaqla cəzalandırsa da, göndərişlə gələndə əynimə dar gələn ağ köynəyə (ağ köynək həvəskarıydım o vaxtlar – ag günləri yaşayanda, indi unutmuşam haçan ağ köynək geydiyimi!) işarəylə "boynun yoğunlayıb” deməyinə "Qulu müəllim, boynum yoğunlamayıb e, köynək əsgərlikdən qabaqkı köynəkdir” cavabıma şaqqanaq çəkib "Ay qız, Arzu, buna bir "5” yaz” demişdi.
Bax, Nəsir müəllim tələbəsinin qabalığını, qüsurunu, ayıbını kübarlığı, humanistliyi, mərhəməti və ləyaqəti ilə sıfırlayıb onu həyata "5”-lə ötürən müəllimdir!
Nəsir Əhmədli bugünlərdə rəhmətə gedən Şirməmməd Hüseynov haqqında xatirələrini paylaşdı – 75 illiyinə yazdığını. Onu oxumağı sizə də məsləhət görərdim. Tələbəsinin gələcəyini, sonucunu görmək uzaqgörənliyi Şirməmməd müəllimdə nə qədər dəqiq olubsa, Nəsir müəllimdə də elədir!
Mənim qrup yoldaşım, "Dayı” çağırdığım, 10 il S.M.Kirov adına ADU-ya imtahan verən Tamxil Ziyəddinoğlu (Hacıyev) arada mənimlə zülmlərini bölüşəndə elə minnətdarlıqla, elə səmimiliklə demişdi ki:


- Bacıoğlu, bu Univesitetdə imtahan verəndə mənə o qədər zülm ediblər, gəl görəsən, təkcə Nəsir müəllim məni incitməyib, həmişə mənə "4” yazıb!
Nəsir müəllim təkcə fakültəmizin müəllimi olmayıb: həm də starostamız Rasim Vəliyevin dayısı olub. Eyni zamanda mənim əsgərlik yoldaşım, eləcə də Rasimin qardaşı Qalibin dayısı olub. Mən Nəsir müəllimin pedaqoqluq üstünlükləriylə bərabər, həm də hamıdan əvvəl bilmişəm onun İnsanlıq Simfoniyasındakı Möhtəşəm Notlarını!
Yaxşı pedaqoq, yaxşı dayı, ata, qardaş və s. olmaq adamın özünə, mənsub olduğu mühitə faydalı. Təkcə bunlar olsaydı, yazmağa ehtiyac olmazdı! Amma... amma... Amma!
Nəsir Əhmədli bütövlükdə cəmiyyət və ilk növbədə tələbə dünyası üçün mübariz insan, xalqına və dövlətinə gərəkən ədalət uğrunda yorulmadan çalışan, örnək olan bir vəli isimdir!
Mən Nəsir Əhmədlini müəllim kimi bir, mübarizə insanı kimi bir ayrı alqışlayıram, sevirəm!
Adam Bakı Dövlət Universitetində çalışa-çalışa, hər tərəfdən təpkiyə-təzyiqə məruz qalan, redaksiyası dağıdılan, əməkdaşları şərlə-böhtanla həbs olunan "Müxalifət”, "Azadlıq” qəzetlərinin məkanlarından ayağını kəsmədi! Bu gün də ən doğru, ən sərt Sözün, ən ali həqiqətin peşindədir! Halbuki ən azından çatdığı 77 yaş onu azad edir bütün mükəlləfiyyətlərindən!
Kimlərsə vəzifədən, vardan, mənsəbdən yapışır qalır, Nəsir müəllim mübarizədən, xalqına fayda verməkdən, faydalı olmaqdan əl çəkmir!
Budur vətəndaşlığın təntənəsi!
Nəsir Əhmədli hansısa tribunadan nə yapsa da, irad haqqımız olmazdı – o... vaxtında bizə doğru yolu göstərmişdi, əməl etmək bizim boynumuzdaydı! Amma yolu göstərməklə bərabər, o yolu özü də bizimlə yürüdü... həm də bizdən bir addım irəlidə!
Qulu müəllim "torpağın ətrini duyursunuzmu” soruşurdu. Mən soruşmuram, sadəcə deyirəm: Siz bilmək istəyirsinizsə "Müəllim-Pedaqoq Ətri” necə olur, gedin, bağrınıza basın Nəsir Əhmədlini – sizə doğma olan istənilən müəllimin ətrini ondan alarsınız!
Təbrik edirəm, bütün kişiliklərdən, dəyərlərdən uca olan Müəllim-Pedaqoq, Vətəndaş Ləyaqətinin Mücəssəməsi Nəsir Əhmədli!
7-dən 77-yə kişi kimi, mərd gələni 77-dən o yana Tarix özü daşıyır, adı Tarixə İnsan yazılacaq Böyük Mübarizə İsmi!
Hər zaman sizə dediyim kimi, mən gözləyirdim ki, Akif müəllimdən, Yalçın müəllimdən, Cahangir müəllimdən sonra dekanlıq Sizin olacaq! Maaləsəf... bilmədiyim səbəbləri bilmək də istəmirəm!
Bildiyim odur ki, bu fakültənin tələbələri özlərini Akif müəllim kimi, bəd ayaqda Tofiq müəllim kimi, Famil müəllim kimi, Şirməmməd müəllim kimi, sizin kimi apara bilmədilər! Arada Zeynal Məmmədliyə özlərini oxşatmaq istəyən oldu, onların da elə Zeynal Məmmədli kimi, cürdəyi çatmadı gəlib Siz olmağa!
Və bu günün, eləcə də Sizin 77 yaşınızın ən acı ağrısı budur: Azərbaycan elminin, təhsilinin ən yaxşı müəllimləri jurnalistika fakültəsində - sizlərin timsalında, amma və lakin... ən şərəfsiz imzalar da jurnalistika isimləri. Hətta 740 minlik YAP-da bu 3-5 nəfəri keçmir, hətta külli-müxalifətin içində 15-20 nəfəri keçmir, ildə cəmi 25 məzunu olan jurnalistika liderlik edir!

Haqqınızı halal etməyin!

Şirməmməd Hüseynovu, Famil Mehdini, Tofiq Rüstəmovu, Akif Rüstəmovu, Əliş Nəbilini, Yalçın Əlizadəni, Mahmud Mahmudovu, Məmmədismayıl müəllimi, Zaur Babayevi, Əli Hacıyevi, Zeynal Məmmədlini, ən nəhayət, Sizi... canlı görən, tanıyan, dinləyən məzunun içindən bu qədər şərəfsiz çıxmamalıydı, bugünkü jurnalistika "satqın”, "əl tulaları”, "yal küçükləri” təltiflərinə layiq görülməməliydi!

Görünür, mətbuata "yad əllər” girə bildiyi kimi, fakültəyə də yad müəllimlər ayaq açıb!
İstənilən halda, Sizin yeriniz əlçatmazlıqdadır!
Bağışlayın ki, təbrik mətninə "xaric notlar” düşdü – mən çalmadım bu notları, bilirsiniz...





İmza:

YAZARIN ARXİVİ

2019-07-11 : CİNAS BAYATILAR
2019-07-10 : VAQİF QARAYEV,
2019-07-04 : Başsız heykəl
2019-07-04 : Sirli Örənqala
2019-07-03 : SEVİLƏN PEDAQOQ
2019-07-02 : ŞƏRHSİZ...
2019-07-01 : TUTDƏY QUŞU
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK