adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Aydın CANIYEV: Müəllim Ətri: 7-dən 77-yə - Nəsir Əhmədli

24325 | 2019-07-05 10:01

Hər yaşın gözəlliyi olduğu kimi, hər yaşındagözəl olanlarla bərabər, yaşı urvatsız edənlər də var, ancaq istənilən yaşdaistənilən yaşı gözəlləşdirənlər də var – az və... çox az olsalar da!

Onlardan birincisi olmasa da, biri Nəsir Əhmədlidir!
Mənim ən müxtəlif fənlər üzrə çox yaxşı müəllimlərim olub! Amma mənim həm dəçox gözəl həyat müəllimlərim olub.
Onlardan birincisi elə Nəsir Əhmədlidir! – yəni... bircə dəfə də nə sinifdə, nəauditoriyada mühazirəsini dinləmədiyim, seminarında olmadığım, fəqət... yaşamıyla,əxlaqıyla, mübarizəsyilə örnək olan müəllimlərimdən birincisi!
Bu gün onun ad günüydü və 77 yaşının təntənəsinə yarım saat qalmış başladımürəyimdəkiləri yazmağa – ara-sıra görüşəndə məclislərdə özünə və üzünə dediyimiimzalamağa! Xasiyyətimdi: əvvəl adamın üzünə deyirəm, sonra "dalınca”danışıram!
Bəri başdan deyim ki, mən... həm fənn, həm də həyat müəllimlərimin "icmal”ıyam– nə qədər bəyəndiyiniz keyfiyyətlər varsa, hamısını müəllimlərimdən əxz edibsərgiləmişəm. Odur ki, məni hərə bir xüsusiyyətimə görə sevir. Mənim həyatmüəllimim də elə Azərbaycan pedaqogikasının, ilk növbədə isə, "aliməktəblərin Kəbəsi" – Universitet müəllimlərinin, ələlxüsus dajurnalistikanın icmalıdır.
Bir dalğada Famil Mehdidir, bir koordinatda Şirməmməd Hüseynov, bir bucaqdaAkif Rüstəmov, bir kvadratda Tofiq Rüstəmov (allah rəhmət eləsin!), bəzən dəyeri gələndə... Əliş Nəbili (allah rəhmət eləsin!), gərəkəndə Mahmud Mahmudov,lazım deyilsə, amma məqsədəuyğundursa, Seyfulla Əliyev (allah rəhmət eləsin!),Nurəddin Babayevi də xatırladır (allah rəhmət eləsin!), Qulu Xəlillini də(allah rəhmət eləsin!).

Famil Mehdi I kursun I semestrində alırdı"Pravda”nı, "İzvestiya”nı, "Kommunist”i, "Bakraboçi”ni və girirdi auditoriyaya.O biri tələbə yoldaşlarımı deyə bilmərəm, amma mən hər dəfə utanırdım içimdə:jurnalistika fakültəsinin tələbəsi olsam da, o qəzetlərin heç birini almırdımvə Famil müəllim danışdıqca, arada müdrik və suallı baxışlarını mənim dəüstümdən təyyarə sürəti ilə keçirəndə, gəgir olurdum. Ürəyimdən də keçirmirdimki, ay Famil müəllim, sabahdan olmasa da, gələn dəfə təkcə sizin dərsinizəməlumatlı gəlim deyə alaram... o qəzetləri! Mənə verilən pul və aldığım təqaüdancaq və ancaq dərsə gəlib-getməyə və kənddə anamın tərtib etdiyi menyüyəçatırdı!
Əsgərlikdən sonra "Kommunist” qəzetində... kuryer işinə düzəlməyimin nədəni dəməhz buydu: bütün mərkəzi və yerli qəzetlər "Azərbaycan"nəşriyyatında çap olunurdu, mən də o qəzetlərin hamısından bir nüsxə götürürdüm(mətbəə işini bilənlər məlumatlıdır: ilk 200-300 nüsxə "brak" sayılırvə atılır - mən onlardan seçirdim) və nəinki o Famil müəllimdən, cəmiAzərbaycan oxucusunun hamısından əvvəl bilirdim ki, qəzetlər nədən yazır! Dayjurnalistikada oxumağımdan, auditoriyada Famil müəllim kimi pedaqoqun haqlımühakiməli və suallı baxışlarından utanmağa yer qalmırdı (təkcə "Komsomolka”nınəlavəsi "Sobesednik”i tanış köşkdən əlaltından alırdım).
Bax, Nəsir müəllim də elə Famil müəllim kimi, tələbəsinin halını bilib üzünəvurmayan, ləyaqətindən, əzəmətindən utanılan, çəkinilən Müəllim olub,Müəllimdir və Pedaqogika Tarixinə belə də həkk olunacaq!
Rəhmətlik Tofiq Rüstəmov dekan olsa da, professor, elmlər doktoru elmidərəcələrini daşısa da, tələbələriylə danışanda, bir irad tutanda, cavanca uşaqkimi bığ yeri tərləyirdi – tez-tez dəsmalına əl atırdı!
Bax, Nəsir müəllim tələbəsini danlayanda belə tələbənin yerinə sıxılıb, əzabçəkib!
Akif Rüstəmov dekan idi. Raifə Həsənzadə heç cür qiymət yazmırdı. 6-cıgöndərişi imzalayırdı Akif müəllim. Bircə dəfə də hirslənmədi, danlamadı, gileyetmədi, hətta israrla "gəl, növbətisini götür”, - dedi.
Bax, Nəsir müəllim tələbəsinin çiyninə çiyin verən belə dayaq olub, dəstəkolub!
Qulu Xəlillinin "Torpağın ətri” kitabı partamın üstündəydi. Kimsə mənə vermişdi,oxumuşdum. Allah xasiyyətimi kəssin, istənilən kitabı oxuyanda qeydlərimiedirəm səhifənin kənarında, hansısa fikrin altından xətt çəkib, qıraqda rəyimiyazıram. O kitabda "siz heç torpağın ətrini duymusunuzmu?” sualının altındanxətt çəkib yazmışdım: "torpaqdan p...eyin iyi gəlir. Gül-çiçəyin iyiylətorpağın iyini qarışdırmazlar". Başım mühazirəyə necə qarışmışdısa, necəheyranlıqla qulaq kəsilmişdimsə, Qulu müəllimin nə vaxt yaxınlaşdığının, əliniatıb kitabı vərəqlədiyinin fərqinə varmamışdım. Qulu müəllim kitabı götürübkafedraya yaxınlaşandan sonra sual verəndə ayıldım: sən torpağın ətriniduymusanmı?
Ayağa qalxmağımla məni oturtmağı bir oldu. Növbəti dərsdə mənə imzalı "Torpağınətri”ni gətirdi!!! Hətta "Əkinçi niyə bağlandı?” sualına "Bağlanmalıydı”deməyimi "2” yazmaqla cəzalandırsa da, göndərişlə gələndə əynimə dar gələn ağköynəyə (ağ köynək həvəskarıydım o vaxtlar – ag günləri yaşayanda, indiunutmuşam haçan ağ köynək geydiyimi!) işarəylə "boynun yoğunlayıb” deməyinə"Qulu müəllim, boynum yoğunlamayıb e, köynək əsgərlikdən qabaqkı köynəkdir”cavabıma şaqqanaq çəkib "Ay qız, Arzu, buna bir "5” yaz” demişdi.
Bax, Nəsir müəllim tələbəsinin qabalığını, qüsurunu, ayıbını kübarlığı,humanistliyi, mərhəməti və ləyaqəti ilə sıfırlayıb onu həyata "5”-lə ötürənmüəllimdir!
Nəsir Əhmədli bugünlərdə rəhmətə gedən Şirməmməd Hüseynov haqqında xatirələrinipaylaşdı – 75 illiyinə yazdığını. Onu oxumağı sizə də məsləhət görərdim.Tələbəsinin gələcəyini, sonucunu görmək uzaqgörənliyi Şirməmməd müəllimdə nə qədərdəqiq olubsa, Nəsir müəllimdə də elədir!
Mənim qrup yoldaşım, "Dayı” çağırdığım, 10 il S.M.Kirov adına ADU-ya imtahanverən Tamxil Ziyəddinoğlu (Hacıyev) arada mənimlə zülmlərini bölüşəndə eləminnətdarlıqla, elə səmimiliklə demişdi ki:


- Bacıoğlu, bu Univesitetdə imtahan verəndə mənə o qədər zülm ediblər, gəlgörəsən, təkcə Nəsir müəllim məni incitməyib, həmişə mənə "4” yazıb!
Nəsir müəllim təkcə fakültəmizin müəllimi olmayıb: həm də starostamız RasimVəliyevin dayısı olub. Eyni zamanda mənim əsgərlik yoldaşım, eləcə də Rasiminqardaşı Qalibin dayısı olub. Mən Nəsir müəllimin pedaqoqluq üstünlükləriyləbərabər, həm də hamıdan əvvəl bilmişəm onun İnsanlıq Simfoniyasındakı MöhtəşəmNotlarını!
Yaxşı pedaqoq, yaxşı dayı, ata, qardaş və s. olmaq adamın özünə, mənsub olduğumühitə faydalı. Təkcə bunlar olsaydı, yazmağa ehtiyac olmazdı! Amma... amma...Amma!
Nəsir Əhmədli bütövlükdə cəmiyyət və ilk növbədə tələbə dünyası üçün mübarizinsan, xalqına və dövlətinə gərəkən ədalət uğrunda yorulmadan çalışan, örnək olanbir vəli isimdir!
Mən Nəsir Əhmədlini müəllim kimi bir, mübarizə insanı kimi bir ayrıalqışlayıram, sevirəm!
Adam Bakı Dövlət Universitetində çalışa-çalışa, hər tərəfdən təpkiyə-təzyiqəməruz qalan, redaksiyası dağıdılan, əməkdaşları şərlə-böhtanla həbs olunan"Müxalifət”, "Azadlıq” qəzetlərinin məkanlarından ayağını kəsmədi! Bu gün də əndoğru, ən sərt Sözün, ən ali həqiqətin peşindədir! Halbuki ən azından çatdığı77 yaş onu azad edir bütün mükəlləfiyyətlərindən!
Kimlərsə vəzifədən, vardan, mənsəbdən yapışır qalır, Nəsir müəllim mübarizədən,xalqına fayda verməkdən, faydalı olmaqdan əl çəkmir!
Budur vətəndaşlığın təntənəsi!
Nəsir Əhmədli hansısa tribunadan nə yapsa da, irad haqqımız olmazdı – o...vaxtında bizə doğru yolu göstərmişdi, əməl etmək bizim boynumuzdaydı! Amma yolugöstərməklə bərabər, o yolu özü də bizimlə yürüdü... həm də bizdən bir addımirəlidə!
Qulu müəllim "torpağın ətrini duyursunuzmu” soruşurdu. Mən soruşmuram, sadəcədeyirəm: Siz bilmək istəyirsinizsə "Müəllim-Pedaqoq Ətri” necə olur, gedin,bağrınıza basın Nəsir Əhmədlini – sizə doğma olan istənilən müəllimin ətriniondan alarsınız!
Təbrik edirəm, bütün kişiliklərdən, dəyərlərdən uca olan Müəllim-Pedaqoq,Vətəndaş Ləyaqətinin Mücəssəməsi Nəsir Əhmədli!
7-dən 77-yə kişi kimi, mərd gələni 77-dən o yana Tarix özü daşıyır, adı Tarixəİnsan yazılacaq Böyük Mübarizə İsmi!
Hər zaman sizə dediyim kimi, mən gözləyirdim ki, Akif müəllimdən, Yalçınmüəllimdən, Cahangir müəllimdən sonra dekanlıq Sizin olacaq! Maaləsəf...bilmədiyim səbəbləri bilmək də istəmirəm!
Bildiyim odur ki, bu fakültənin tələbələri özlərini Akif müəllim kimi, bədayaqda Tofiq müəllim kimi, Famil müəllim kimi, Şirməmməd müəllim kimi, sizinkimi apara bilmədilər! Arada Zeynal Məmmədliyə özlərini oxşatmaq istəyən oldu,onların da elə Zeynal Məmmədli kimi, cürdəyi çatmadı gəlib Siz olmağa!
Və bu günün, eləcə də Sizin 77 yaşınızın ən acı ağrısı budur: Azərbaycanelminin, təhsilinin ən yaxşı müəllimləri jurnalistika fakültəsində - sizlərintimsalında, amma və lakin... ən şərəfsiz imzalar da jurnalistika isimləri.Hətta 740 minlik YAP-da bu 3-5 nəfəri keçmir, hətta külli-müxalifətin içində15-20 nəfəri keçmir, ildə cəmi 25 məzunu olan jurnalistika liderlik edir!

Haqqınızı halal etməyin!

Şirməmməd Hüseynovu, Famil Mehdini, Tofiq Rüstəmovu, Akif Rüstəmovu, ƏlişNəbilini, Yalçın Əlizadəni, Mahmud Mahmudovu, Məmmədismayıl müəllimi, ZaurBabayevi, Əli Hacıyevi, Zeynal Məmmədlini, ən nəhayət, Sizi... canlı görən,tanıyan, dinləyən məzunun içindən bu qədər şərəfsiz çıxmamalıydı, bugünküjurnalistika "satqın”, "əl tulaları”, "yal küçükləri” təltiflərinə layiqgörülməməliydi!

Görünür, mətbuata "yad əllər” girə bildiyi kimi, fakültəyə də yad müəllimlərayaq açıb!
İstənilən halda, Sizin yeriniz əlçatmazlıqdadır!
Bağışlayın ki, təbrik mətninə "xaric notlar” düşdü – mən çalmadım bu notları,bilirsiniz...



TƏQVİM / ARXİV