adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
03 Iyul 2019 10:01
27558
DÜNYA
A- A+

BMT-nin baş katibi Əfqanıstanda mülki şəxsləri müdafiə etməyə çağırıb

BMT-nin baş katibi Antonio Quterreş Əfqanıstanda münaqişə tərəflərini mülki şəxsləri müdafiə etməyə çağırıb.

Trend-in məlumatına görə, bunu baş katibin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

S.Cüjarrik bildirib: "Baş katib iyulun biri Kabilin mülki şəxslərin yaşadığı rayonuna hücumdan qəzəblənib və dərindən kədərlənib. A.Quterreş Əfqanıstanda münaqişə tərəflərini mülki şəxslərin müdafiəsinə dair öhdəliklərinə əməl etməyə çağırıb".

Xatırladaq ki, iyulun 1-i Kabildə güclü partlayış baş verib. Partlayış nəticəsində 1 nəfər həlak olub, 105 nəfər isə yaralanıb (26 uşaq və 5 qadın).

Əfqanıstanın Daxili İşlər Nazirliyinin məlumatına əsasən, silahlılarla baş verən atışmada 5 terrorçu məhv edilib.