deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi Adalet.az | Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Deputat: Əli Kərimlinin məqsədi xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi

8967    |   2019-07-03 09:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əli Kərimlinin və onun komanda üzvlərinin sosial şəbəkələrdə ictimai asayişi kobud şəkildə pozan, qanunazidd əməllər törədən şəxslərə kəsilmiş cərimələrin ödənilməsinə yardım məqsədilə "xeyriyyə marafonu" adı altında müxtəlif çağırışlar etmələri, bu bəsit oyunu həyata keçirməyə çalışmaları ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

Adalet.az xəbər verir ki, bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Naqif Həmzəyev deyib.

Deputat bildirib ki, cəmiyyət antimilli "siyasətçi” Əli Kərimlini yaxşı tanıyır və ona zərrə qədər də etibar etmir:

"Əli Kərimlinin ilk növbədə öz maraqlarını düşündüyü hamıya bəllidir. Siyasi fəaliyyəti tamamilə tükənən, əlləri hər yerdən üzülən AXCP sədri bu dəfə ən son varianta - "yardım kampaniyası" adı altında aksiyaya əl atdı və ümidi boşa çıxdı. Əslində, Əli Kərimlinin məqsədi ölkəmizin hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə qara yaxmaq, ən əsası xaricdəki havadarlarından yeni qrantlar əldə etmək idi. Fəaliyyəti kimi rəhbərliyi də fırıldaq olan AXCP sədrinə qeyri-sabitlik, qarşıdurma lazım idi. Əks halda, Əli Kərimli və onun dəstəsi süni şəkildə ictimai narazılıq yaratmaq, müqavimət hərəkatı formalaşdırmaq və cəmiyyətdə mövcud olan sabitliyi pozmaq əvəzinə, narazı qaldıqları məhkəmə qərarları barədə hüquqi yolla aidiyyatı orqanlara müraciət edə bilərdi.

N.Həmzəyev xatırladıb ki, Azərbaycan Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün rəsmi "Facebook" səhifəsində "Silahlı Qüvvələrə yardım fonduna dəstək üçün xeyriyyə aksiyası keçirək” sərlövhəli paylaşım edərək Əli Kərimliyə və onun "komandasına” doğru yolu göstərib:

"Əli Əhmədov gözəl təşəbbüslə çıxış edib. Bildirib ki, müharibə vəziyyətində, bir milyon məcburi köçkünü olan ölkədə xeyriyyə aksiyası keçirmək üçün kifayət qədər səbəblər mövcuddur. Yeni Azərbaycan Partiyası dəfələrlə belə aksiyalar keçirib. Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fondu var. Ən şərəfli, əhəmiyyətli və xeyirli xeyriyyə hərəkəti o olardı ki, Silahlı Qüvvələrə Yardım Fonduna dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. "Gəlin Ordumuza dəstək olaq”-deyən baş nazirinin müavini YAP-ın üzvlərini Azərbaycanın Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək üçün aksiyaya qoşulmağa dəvət edib və öz aylıq əməkhaqqının 50 faizini Azərbaycanda Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb”.

Deputat vurğulayıb ki, "vətən", "xalq" sözlərini əllərində bayraq edərək süni şəkildə ictimai narazılıq yaratmağa, sabitliyi pozmağa cəhd edən Əli Kərimli və onun "komandası"na Əli Əhmədovun bu təşəbbüsü tutarlı cavabdır:

"Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edən, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəməyən xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının üzvləri böyük ruh yüksəkliyi ilə bu təşəbbüsə qoşulublar”.



İmza:

İlham Əliyev Aİ Şurası və Avropa Komissiyasının yeni prezidentlərini təbrik edib

AXCP-lər FƏALİYYƏTLƏRİNİ NECƏ TƏNZİMLƏMƏLİ?!

Əli Əhmədov BMT rəsmisi ilə DANIŞIQLARDA

Azərbaycan, Rusiya, İran və Türkiyənin rabitə nazirləri Tehranda görüşəcək

Qənirə Paşayeva fransalı qadınlara Qarabağ həqiqətlərindən DANIŞDI

Baş prokuror Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirini qəbul edib

Elmar Məmmədyarov komitə sədrləri ilə görüşdü

Novruz Məmmədov Səudiyyəli nazirlə görüşüb

Əli Əhmədov BMT-də Təhlükəsizlik Şurasının icrasız qətnamələrindən danışdı

Azərbaycan və Əfqanıstan arasında ticarət dövriyyəsi 15 faiz artıb - Nazir müavini

Polşanın Milli Olimpiya Komitəsinin vitse-prezidenti rəsmi Bakının “qara siyahı”sından çıxarıldı

Gürcüstan XİN “Keşikçidağ”la bağlı vətəndaşlarına müraciət etdi

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK