hacklink Adalet.az | Zəka Vilayətoğlunun "Bataqlıq" adlı yeni kitabının imza günü keçiriləcəkAdalet.az | Zəka Vilayətoğlunun "Bataqlıq" adlı yeni kitabının imza günü keçiriləcəkAdalet.az | Ədalət -
Zəka Vilayətoğlunun "Bataqlıq" adlı yeni kitabının imza günü keçiriləcək
7023 |
2019-07-03 09:39
Şriftin ölçüsü:
DİQQƏT! Dəyərli dostlar! Zəka Vilayətoğlunun "Bataqlıq" adlı yeni kitabına, onun müxtəlif illərdə qələmə aldığı povest və hekayələri daxil edilib. Yüksək koloritli bədii dillə qələmə alınan bu nəsr əsərlərində canlı həyat lövhələri, ictimai-siyasi hadisələrin bədii təsviri, müxtəlif tipli insanların peşəkarlıqla sərgilənən xarakterləri oxucunu həyəcanlandıra və uzun müddət öz təsirində saxlaya bilir. Peşəkar yazıçı qələmi ilə öz bədii həllini tapmış obrazların zənginliyi, bu obrazların özünə xas bütün mənfi və müsbət keyfiyyətlərini biruzə verməsi, olduğu kimi görünən insan tipləri, mövzu rəngarəngliyi kitabdakı əsərləri daha da maraqlı edir. Nağıl kimi dəyişən cürbəcür məkanlar və yollar, bu yollarda baş verən maraqlı macəra və aydın dillə təsvir edilmiş real hadisələr oxucunu bir səyyah kimi öz ardınca aparır, onu bu maraqlı yolların yolçusu edir. İnanırıq ki, Zəka Vilayətoğlunun, müəllifi olduğu başqa kitablar kimi, "Bataqlıq” adlı bu nəsr kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq və sevilə-sevilə oxunacaq.
Kitabın imza günü KİTABEVİM.AZ- da keçiriləcək. Ünvan; 28 May Metrosunun yanı.07.07.2019 cu il tarixdə, saat 14. 00 da