adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
02 Iyul 2019 17:23
30624
İQTİSADİYYAT
A- A+

RabitəBank bazara yeni kredit məhsulu çıxaracaq

"RabitəBank" bu ilin sonuna kimi bir çox işləri həayata keçirməyi planlaşdırır.

Bu barədə bu gün bankınbaş direktoru Ziya Nuriyev jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, bank bu ilin sonuna kimi yeni kredit məhsulu buraxacaq. Məhsulun texniki tərəfləri artıq həll edilib. Hazırda bununla bağlı müvafiq işlər aparılır. Bundan başqa bu ilin sentyabr ayında "RabitəBank"ın loqosu restaylinq (dizayn, stil dəyişikliyi) olunacaq. Qarşıdakı aylarda filliallarda da interyer dəyişikliyi olacaq.

Z.Nuriyev əlavə edib ki,"RabitəBank"Mobil Bank xidmətlərinə görə, bazarda ilk 3-lükdə olmağı hədəfləyir. Bank həmçinin gələn ilin sonuna kimi plastik kartlarla bağlı yenilik tətbiq etmək fikrindədir.

Qeyd edək ki,"Rabitəbank” 20-dən çox filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir.