adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
02 Iyul 2019 16:00
28899
SİYASƏT
A- A+

Fuad Abbasov Araz Əlizadəni QINADI: “Bilib-bilmədən danışır”

"Bəzi deputatlar bilib-bilmədən mənim Türkiyə vətəndaşı olduğumla bağlı fikir səsləndiriblər".

Modern.azxəbər verir ki, bu sözləri jurnalist Fuad Abbasov deyib. O bildirib ki, 21 ildir Rusiyada yaşasa da, Azərbaycan vətəndaşı olaraq qalıb.

"Mən Rusiyada Türkiyənin "İhlas” Xəbər Agentliliyinin yaradılmasında önəmli rol oynamışam. Ancaq Azərbaycan vətəndaşı olmuşam. Deputatın belə bir fikir səsləndirilməsi heç də doğru deyil".

Qeyd edək ki, Milli Məclisin deputatı Araz Əlizadə Fuad Abbasovun Azərbaycan vətəndaşı olmadığını dəyərək, onun müdafiəsinin doğru olmadığını irəli sürmüşdü.