adalet.az header logo
  • Bakı 11°C
02 Iyul 2019 15:27
9302
GÜNDƏM
A- A+

Fuad Abbasov: “Heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm”

"Həbsimin və deportasiya olunmağımın əsl sifarişçiləri arasında Rusiya ermənilərinin rəhbərləri dayanır. Mənim həbs olunmağımda və Rusiyadan olunmağımın sifarişçisi ermənilərin oradakı rəhbəridir".

Bunu Rusiyada saxlanılaraq Azərbaycana deportasiya edilən jurnalist Fuad Abbasov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Fuad Abbasov bildirib ki, deportasiya olunduğu üçün şikayət edib: "Rusiyadan deportasiya olunmağımla bağlı Ximski Şəhər Məhkəməsinin çıxardığı hökmdən şikayət etmişəm. Vəkillərim bununla bağlı işlər görür. Əgər şikayətim təmin olunarsa və Rusiyada yaşamaq hüququm bərpa edilərsə, mən heç zaman Rusiyaya qayıtmaq fikrində deyiləm. Sadəcə ədatərin bərpa olunmasını istəyirəm".

Jurnalist Rusiyada saxlanılaraq təzyiqlərə məruz qalması ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcəyini də vurğulayıb.(modern.az)