Polis günü... - İradə TUNCAY yazır

İRADƏ TUNCAY
56477 | 2019-07-03 11:40

Əslində insan övladının hər zaman yaşadığı mühitdə əmin-amanlıq,asayiş içində yaşamaq haqqı var.Və hər zaman bu haqqı pozanlar da tapılır...Buna görə də polis orqanlarının tarixi insanlıq tarixiiləbərabər gəlir.Qədim yunan sözüdü (çox terminlər kimi)–politeia-idarəçilik.Məncə,qorumaq sözü daha uyğundu bu anlayışa– əhalinin asayişinin,əmin-amanlığının,dövlətin və ictimai quruluşun qorunması...Afinada bu məqsədlərlə 300 nəfərlik oxçu dəstəsi fəaliyyət göstərirmiş. Qədim Misir və antik Romada da eyni prinsiplə işləyən dəstələr mövcud olub. İnsanların qələbəlik olduğu yerlərə nəzarət, idman yarışlarının keçirildiyi ərazilərin təhlükəsizliyinitəmin etmək məqsədi ilə...Və təbii ki, rejimlər,ölkələr dəyişsə də polisə hər zaman,hər yerdə ehtiyac olub.Cinayət varsa,cəza olmalıdı.Cinayət isə hər zaman və hər yerdə var...

1810-cu ildə Napaleon müharibələrinin labüd nəticələri Fransa paytaxtını canilər üçün əsl cənnətə çevirmişdi. Əvvəllər də mövcud olmuş polis xidmətlərini cinayətlərin açılması yox, Fransa krallarının siyasi düşmənlərinin izlənməsi, həbsi maraqlandırırdı. 1810-cu ildən sonra keçmişi çox qaranlıq olan, cinayətkar aləmdə tanınmış bir şəxs olan Ejen Vidok "Sürte" (təhlükəsizlik) adlanan bir polis təşkilatı yaratdı. Dəfələrlə zindandan, katorqalardan qaçan Vidok sonuncu qaçışından sonra könüllü olaraq polis prefekturasına gəlir, təslim olur və öz bildiklərini, bacarığını polis təşkilatının xidmətinə verir. Heç şübhəsiz ki, şəhərə rəhbərlik edən zadəganlar Parisi keçmiş caniyə təslim etməklə doğru addım atdılar. Müharibələrin nəticəsində sosial durumun ağırlaşması ilə bağlı cinayətlərin artması dövləti çətin durumda qoymuşdu. Vidokun gəlişi ilə Parisin polis təşkilatı öz ulduz saatını yaşamağa başladı. Cəmi 12 əməkdaşı olan Vidok bir il ərzində 812 qətlin, oğurluğun, dələduzluğun, qarətin üstünü açdı, pritonları ləğv edə bildi. O, belə bir devizlə yaşayırdı ki, "cinayətin qarşısını yalnız cani ala bilər". Vidok kriminalistikaya identifikasiya anlayışını gətirir. Tez-tez həbsxanalara gedib caniləri göz yaddaşına köçürən polis şefi ilk dəfə olaraq arxiv yaradır. Hər caninin iş üslubunu, metodlarını, xarici görünüşünü təsvir edir. Çox ilklərə imza atan və 1833-cü ildə istefaya getməyə məcbur olan Vidok dünyada ilk özəl detektiv bürosu da açır. Və uzun illər Parisin polis prefekturası onun arxivi ilə, metodları ilə uğurla çalışa bilir. Amma hər polismendən fenomenal göz yaddaşı tələb etmək olmur və 1879-cu ildə "Sürte" çoxsaylı cinayət hadisələrinin içində itib-batır. Bu vaxt onların dadına Bertilyon adlanan gənc katibin yeni sistemi çatır. İlk vaxtlar polis təşkilatı bu sistemi sərsəmləmə kimi qəbul etsə də, sonradan bu işin səmərəli olacağını düşünənlər də tapılır. Bertilyonun sisteminə görə,həbs olunmuş adamların bədən ölçülərini dəqiq ölçməklə (boyundan, enindən başqa, hətta barmaq sümüklərini, üz sümüklərini, qulağının quruluşunu və s.) başqa adlarla, başqa sənədlərlə cinayət törətmiş caniləri müəyyən etmək olar. Hər halda həmin dövrdə Bertilyonun şöhrəti bütün dünyaya yayılır və dünyanın polis təşkilatları bu sistemi tətbiq etməyə çalışırlar. Qeyd edək ki, o vaxtlar kriminalistikada barmaq izləri anlayışı mövcud deyildi. Amma Hindistanda Uilyam Herşel adlı ingilis məmuru identifikasiyada inqilab edəcəyi qənaətində idi. Şərqdə yaşayan və buraların adətləri ilə yaxından tanış olan Herşel müşahidə edirdi ki, Çindən gələn tacirlər işgüzar müqavilələrin altında barmaqları ilə imza qoyurlar. Herşel müxtəlif insanların barmaq izlərini müqayisə etməyə başlayır və gəldiyi nəticə özünü də heyrətləndirir - insanın bütün ömrü boyu dəyişməz qala biləcək əlaməti həmin izlərdi. Təbii ki, bütün yeniliklər kimi bu ideyanın həyata keçməsi üçün də vaxt lazım gəlir. Amma siyasi vəziyyət gərginləşəndə bu metoda müraciət olunur və "Skotland Yard" ölkə əhalisini sakitləşdirmək üçün işində ciddi dönüş yarada bilir. London "bobbiləri" (London polisini həmin təşkilatı yaratmış daxili işlər naziri Robert Plin qısaldılmış adı ilə çağırırlar) asayişi qorumağa nail olurlar.Berlində də, Vyanada da yeni kəşflərdən uğurla istifadə olunur. Nəzərinizə çatdırım ki, həmin dövr Birinci Dünya Müharibəsi ərəfəsi və sonrakı illər idi. Belə illərdə isə hər zaman cinayət dalğası artır. 1911-ci ilin avqustunda Parisin Luvr muzeyindən Da Vinçinin məşhur "Mona Liza"sı oğurlanır. O zamanlar gənc olan Pikassonu da şübhəli şəxs qismində dindirirlər. Halbuki, oğurlanmış şəklin qoruyucu şüşəsinin üzərində barmaq izləri aydın görünürmüş, sadəcə, polis buna əhəmiyyət vermir. Tam təsadüf nəticəsində 28 aydan sonra şəkli antikvara satmaq istəyən şəxs yaxalanır. Və indiyə qədər də şəklin əsl olub-olmadığı mübahisələri səngimir.

Qoca Avropa elmdəki yenilikləri əxz etməkdə ikən yeni dünya - Amerika vətəndaş müharibəsinin yaralarını sarmaqda idi. Burda gücün qanunu hökm edirdi və bütün savaşlardan sonra gələn ağır nəticələr özünü göstərirdi. Vahiməli bir durum vardı, amma ağıllı amerikalılar da yeniliklərə açıq detektivlərin sayəsində vəziyyətdən çıxa bildilər. Pinkertonun, Birnsin, Mak-Klautinin iş metodları onların adını kriminalistika tarixinə yaza bildi. 1924-cü ildə Amerika prezidenti siyasətçilərin də cinayətkarlarla əlaqəli çalışmasının qarşısını almaq üçün yeni bir təşkilat - Federal Təhqiqat Bürosunun(FTB)yaradılmasına qərar verdi. Heç bir siyasətçi ilə yaxın ilişkiləri olmayan 29 yaşlı advokat Edqar Quver təşkilatın başına gətirildi. Quver bu iş üçün ideal namizəd idi. O, FTB-ni aktiv işləyə bilən mərkəzə çevirdi və ətrafına ağıllı, savadlı, mənən təmiz insanları toplaya bildi. Və bu gün də FTB dünyanın ən qüdrətli təşkilatlarından biridir.

Kriminalistikanın yüz ildən artıq bir tarixi var. Söyləsək,böyük bir kitab alınar. Burda toksikologiyadan, məhkəmə-ballistika elmindən, məhkəmə-tibb elminin inkişafından da danışmaq olardı. İndi dünyanın bütün polis təşkilatları elmin bütün sahələrini öz işlərində tətbiq edirlər, hətta atom fizikləri də bəzən hüquq-mühafizə orqanlarına yardımda bulunurlar. Cinayətin spektri genişlənib, amma ona cavab verəcək sahələrin də qüdrəti artıb.Əgər dövlət gəncdirsə,bu o demək deyil ki, hər şeyi əlifbadan başlamaq lazımdır. Bizim məmləkətdə də kriminalla mübarizənin müəyyən bir tarixi var. Biz də müharibədən çıxmışıq, burda da müxtəlif ölkələrin sabitliyi pozmaq maraqları var...Dövlətçiliyimizi yaratdığımız gündən bu günə daxili işlər nazirliyi də mövcuddur və bu günə qədər səhv eləmirəmsə,27 nazir bu vəzifəni icra edib. İlk nazirimiz Fətəli xan Xoyski olub. Parlaq simalar işləyiblər bu vəzifədə.Polis xalqla yaxın təmasda olan bir təşkilatdir və təbiiki,bundan aynaqlanan çox nuanslar var. Qonşu toyuğunu oğurlayırsa,polisə ərizə yazırsansa,toyuq tapılmırsa,vətəndaş polisdən narazıdı. Ər arvadını döyürsə, arvad qaçıb bölməyə şikayətə gəlirsə,əri bölməyə çağırırlarsa,sabah da barışandan sonra yenə polisdən narazılıq edirlər. Və bu xırdalıqlarmüxtəliffikirləryaradır... Təbiiki, əsaslı narazılıqlar üçün də zəmin var...İnkar eləmək olmaz. Amma,amma,amma...hər ölkənin öz yaşam gerçəkləri var,bizim ölkədə çox ağırlıqlar polisin çiynindədi. Bunu yaxından hiss edən biri kimi deyirəm.Polis günündə fikirlərimi yazmaq istədim,amma yazmadıqlarım daha çox oldu. Mən də hər doğrunun deyilə bilməyəcəyini dərindən anlayan bir kimsəyəm. Ağırlıq daşıyırsansa,şərəf olduğunu da anlayanhər adam üçün deyil buağırlıq...

Gününüz mübarək əziz Azərbaycan Polisi!!!

 

 

 

TƏQVİM / ARXİV