Müəllim olmaq istəyənlər üçün son 2 gün
İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 47 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 44 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq.
Təhsil Nazirliyindən bildirilib ki, namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər.
Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər.
Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq.
Digər Xəbərlər
19 Aprel 2024 12:55
DİM sədrindən gənclərə çağırış: Özünüzü aldatmayın!
18 Aprel 2024 16:03"Məktəb psixoloqlarından yanlış gözləntilər var" - Nazir
18 Aprel 2024 12:571-ci sinfə qəbul ediləcək şagirdlərin sayı açıqlandı
17 Aprel 2024 18:01Yeni hazırlanmış 7 dərslik istifadəyə veriləcək
17 Aprel 2024 16:59