Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi həyata keçiriləcək Adalet.az | Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi həyata keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Heydər Əliyev Fondunun təşəbbüsü ilə sosial layihələr müsabiqəsi həyata keçiriləcək

4766    |   2019-07-02 12:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Regional İnkişaf” İctimai Birliyi (RİİB) vətəndaş cəmiyyətinin inkişafı, dayanıqlı inkişaf məqsədləri, o cümlədən ayrı-ayrı sahələr üzrə dövlət proqramlarına dəstək məqsədi ilə sosial layihələr müsabiqəsinə başlayır. Sosial layihələr müsabiqəsi qeyri-kommersiya sahəsində fəaliyyət göstərən təşkilat və birlikləri, vətəndaş qruplarını əhatə edəcək.

"Regional İnkişaf” İctimai Birliyindən verilən məlumata görə, müsabiqədə elm və təhsilin inkişafına, innovativ ideyaların dəstəklənməsinə, ətraf mühitin mühafizəsinə, müxtəlif sosial yönümlü məsələlərin həllinə və digər istiqamətlərə yönəlmiş layihələr iştirak edə bilər.

Müsabiqədə iştirak şərtləri "Regional İnkişaf” İctimai Birliyinin rəsmi internet saytında (www.riib.az) elan edildikdən sonra elektron qaydada ərizə və layihə sənədlərinin qəbuluna başlanılacaq.

Müsabiqənin nəticələrinə görə qalib seçilən layihələrin həyata keçirilməsinə maliyyə dəstəyi göstəriləcəkdir.

Bununla əlaqədar olaraq, özəl sektorun nümayəndələri də korporativ sosial məsuliyyət layihələrinə töhfə verərək RİİB-in elan etdiyi müsabiqəyə dəstək göstərə bilər.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK