adalet.az header logo
  • Bakı 13°C
02 Iyul 2019 12:06
14420
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: YARISINDA





















Tanrı qarşısında başım aşağı
Kirpikdən boylanır yaşım aşağı...
Vaxtsız diyirləndi daşım aşağı -
Söndü xəfif mehdən şam yarısında...

Mənə verilənin dərddi damarı
Çeynəyə bilmirəm - sərtdi damarı...
Elə büdrədi ki, sərpdi damarı -
Seçdiyim bu yolun - tam yarısında...

Ötüşən illərim sünbül - ovuldu
Çiçək çırtlamadan barı sovuldu...
Vurhavur, qaçhaqaç, qovhaqov oldu -
Kam ala bilmədim, kam, yarısında...

Güzgüdə baxıram bu üstə-başa
Dən ayaq açıbdı tay hətta qaşa...
Gəlib yetişmişəm mən altmış yaşa -
Yarısı yuxulu, xam yarısıda...