hacklink Adalet.az | Milli Preventiv Qrup tərəfindən başçəkmələr davam etdirilir Adalet.az | Milli Preventiv Qrup tərəfindən başçəkmələr davam etdirilir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Milli Preventiv Qrup tərəfindən başçəkmələr davam etdirilir

5690    |   2019-07-02 11:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrup (MPQ) tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr həyata keçirilməklə, həmin müəssisələrdə saxlanma şəraiti, rəftar məsələləri, qidalanma vəziyyəti, tibbi xidmətin təşkili araşdırlır.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığı əsasında növbəti başçəkmə MPQ-nin üzvləri tərəfindən əvvəlcədən xəbərdarlıq etmədən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə müəssisəsində həyata keçirilib.

BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd müəssisədə saxlanma şəraitinin və rəftarın, habelə tibbi yardım məsələləri üzrə daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraiti ilə bağlı müəssisənin müalicə korpuslarına, o cümlədən cərrahiyyə və ruhi xəstəliklər şöbələrinə və digər obyektlərə baxışlar keçirilib, habelə tibbi yardımın təşkili, qidalanma, sovqat, görüş və telefon danışıqları ilə bağlı mövcud vəziyyət və sənədləşmə araşdırılıb.

Müraciətlərin, saxlanılma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ-nin üzvləri tərəfindən həmin müəssisədə çoxsaylı məhkumlar fərdi qəbul olunub, müalicə və ailə üzvləri ilə görüşlə bağlı müraciətləri yerində araşdırılaraq təmin edilib, habelə bəzi şəxslər tərəfindən barələrində aparılan istintaqla bağlı qaldırdıqları məsələlər üzrə hüquqi məsləhətlər verilib.

Müalicə müəssisəsində tibbi yardımın keyfiyyətinin, ümumilikdə isə penitensiar müəssisələrdə psixiatriya yardımın, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi işinin yaxşılaşdırılmasına və təkmilləşdirilməsinə ehtiyac var.

Yekunda müəssisə rəhbərliyi və məsul əməkdaşlarla söhbətlər aparılmış, milli və beynəlxalq qanunvericiliyə, tibbi xidmətin təşkili ilə bağlı müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılması və saxlanma şəraitinin daha da təkmilləşdirilməsinə dair müvafiq tövsiyələr verilib.




İmza:

Gəncədə 10 mindən artıq ağac əkilib

Dünyanın ən dəyərli şirkəti Aramco oldu

Əli Əhmədov : Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

Deputat - Parlament seçkilərinin keçirilməsi ölkədə aparılan uğurlu siyasətə xalq dəstəyinin bariz nümunəsi olacaq

Əli Əhmədov : YAP Azərbaycan parlamentində öz çoxluğunu qoruyub saxlaya biləcək

"Taliban" polis məntəqəsinə hücum etdi - 10 ölü

Mikayıl Cabbarov - 2020-ci Bakı-Tbilisi-Qars dəmir yolu ilə yük daşımalarının həcmi 15 milyon tondan çox olacaq

Əhalinin təbii artımı azalır

Dünya Bankının missiyası ilə bağlı müzakirələr aparılıb

Azərbaycan və Qətər arasında hərbi sahədə əməkdaşlıq üçün böyük potensial varb

Nazir : Azərbaycan Asiya İnkişaf Bankı ilə gələcək əməkdaşlıqda maraqlıdır

Bakıda sənaye məhsulları və xidmətlərinin dəyəri 32 milyard manatdan çox olub

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK