adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
02 Iyul 2019 10:28
10411
HADİSƏ
A- A+

Çimərliyə gedən qadını Aeroport yolunda avtomobil vurdu

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, qəza Aeroport yolundan üzü şəhər istiqamətində baş verib. Buzovna qəsəbəsinin girişində yolu keçmək istəyən piyada 1966-cı il təvəllüdlü Bəbirova Arzu Yadulla qızını "Mercedes" markalı minik avtomobili vurub. Qəza yerinə çağırılan təcili tibbi yardım briqadası xəsarət alan şəxsi xəstəxanaya çatdırıb.

A.Bəbirova ayağın sınması və bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə yerinə əlavə olaraq Dövlət Yol Polisi əməkdaşları da cəlb olunublar. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edilir ki, vurulan piyada ailəsi ilə çimərliyə gedirmiş.