viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bənzərsiz söz dünyası Adalet.az | Bənzərsiz söz dünyası Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Bənzərsiz söz dünyası

(Görkəmli şair Fəxrəddin Ziyanın “Şeiriyyətim, şeirim” kitabı haqqında düşüncələr)

3332    |   2019-07-01 17:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fəxrəddin Ziyanın poetik təfəkkürünün fəlsəfi tutumu, yaradıcılıq fərdiyyətinin rəngarəngliyi həqiqi sənət müstəvisində böyük sənətkarlıq faktorudur. Zəngin söz aləmi, bədii predmetə yanaşma özəlliyi, təfəkkür genişliyi, cəmiyyətə münasibəti, həyəcan, duyğu və düşüncələrin təbiiliyi şairin poetik özünəməxsusluğunu şərtləndirir.

Poeziya şairin məxsusi, fərdi yaradıcılığının ehtiva olunduğu ruhani məkandır. Hər bir şairi düşündürən önəmli cəhətlərdən biri də əsərlərinin əbədiliyinin cövhərini tapmaq üçün fenomenal istedad sərgiləməsidir. Bu arzunun, istəyin çin olması üçün sənətkarın özünəməxsus üslubu, yaradıcılıq fərdiliyi vacib elementdir. Zaman sübut edib ki, şairin üslub fərdiyyəti yaradıcılığının başlıca indeksi olmaqla bərabər, həm də bədii nümunənin, bədii əsərin uzunömürlü olmasını təmin edən əsas amillərdəndir.

Fəxrəddin Ziyanın yaradıcılığında bədii fikrin inkişaf mərhələlərini əyaniləşdirən bir vasitə kimi, onun fərdi üslubu, həm də şairin gerçəkliyin obyektiv təsvirində, dünyanın poetik dərkində, qavrayışında hansı sənətkarlıq prinsiplərinə əsaslandığını, nəticədə onun mənsub olduğu yaradıcılıq metodunu da ehtiva edir. Çünki şairin yaradıcılıq məxsusiyyəti, poetik obyektin inikas üsulu, bədii detala yanaşma prinsipləri, dünyagörüşünün fərdi duyumunun istiqamətləri məhz fərdi üslubun araşdırılması zamanı üzə çıxır.

Görkəmli söz ustasının zəngin yaradıcılıq imkanları ictimai həyatın bütün sahələrinə nüfuz edir, bədii ümumiləşdirmədə, poetik obyektin dəyərləndirilməsində, obrazlarla təsvirində canlı müşahidələrə, predmetə yaradıcı müdaxiləyə əsaslanır. "Şeirim bədii nümunəsi poetik faktların zənginliyi, düşüncə orijinallığı ilə yanaşı, həm də şairin poetik manifesti, yaradıcılığının leytmotivi kimi yadda qalır.

İçimdən püskürən vulkan kimidir,

çəkir batinimi zahirə şeirim.

Gizlində yaranır, xəlvətcə gəlir,

təp-təzə, yep-yeni, bakirə şeirim.

O da yaranışdır Tanrı yanında,

canlıdır, yaşadır sözü canında.

Ruhuma güc verir yoldan olanda

kamilə, arifə, mahirə şeirim.

İşıq sürətidir, xəyal adında,

dolanır Meracı göz qırpımında.

Çox vaxt qılınc kimi susar qınında,

dönər hərdən qorxunc bir şirə şeirim.

Beləcə uzanır açdığım cığır,

hər yeni duyğumdan bir misra doğur.

Bu cür vurğunluqla məni də axır,

Döndərdi deyəsən şairə şeirim.

Bu misraları irnfan elemetləri zənginləşdirən Fəxrəddin Ziya dünyası poetik detalın təravəti ilə seçilən sənətkarlıq məziyyətini əyaniləşdirir. "Beləcə uzanır açdığım cığır, hər yeni duyğumdan bir misra doğur bədii-fəlsəfi qənaəti möhtəşəmdir.

Bu misradakı obrazlı düşüncənin ekvivalenti əbədiyyətdir. Şeirlərində əbədiyyətin poetik kodunu bənzərsiz bədii detallarla təqdim edir Fəxrəddin Ziya.

Onun zəngin poeziya aləmini yüksək bədii təsvir və ifadə gözəlliklərinin, səmimi və təbii duyğuların əks olunduğu poetik tablolar qalereyası adlandırmaq olar. Bu dəyərli nümunələrdə milli-mənəvi dəyərlərin sənət müstəvisində bədii inikası, ədəbi-ictimai düşüncənin sanbalı, forma və məzmununun vəhdətindəki modern özünüifadə bacarığı poetik idrakın orijinallığına dəlalət edir.

"Kim idin, kim oldun şeirində insanın daxilindəki təəssüf hissinin ifadəsində yeni rəng çalarlarının təravətli, orijinal bədii ifadə vasitələri ilə təqdimatı heyranlıq doğurur.

Sən gözümdə bar-bəhərli,

sıx kölgəli ağac idin.

Quruluqdan, təkəbbürdən

xəzəl olub töküldün.

Sən könlümdə bir möhtəşəm

məbəd idin, inanc idin.

Nadanlığa qurşanandan

kərpic-kərpic söküldün!

Bu poetik nümunənin dəyərini şərtləndirən sənətkarlıq məziyyətlərindən biri də hər misrada bədii fikirin dolğunluğudur. Belə zəngin poetik detallar hər qələm sahibinə nəsib olmur.

Fəxrəddin Ziyanın vətənpərvərlik mövzusunda qələmə aldığı əsərlər də bədii-fəlsəfi və poetik səciyyəsi ilə yaradıcılıq uğurudur.

"Hardan başlanır Vətən şeiri sənətkarlıq elementləri, düşüncə zənginliyi, poetik təravəti ilə yaddaqalan bədii nümunədir.

Ayaq basdım bu müqəddəs torpağa,

məzarıstan, müşk-ənbərə batan yer.

Vətən oğlu, getmə burdan uzağa,

bu məkandır əcdadımız yatan yer,

deməmişkən, burdan başlanır Vətən.

Bir tilsim var torpağında, daşında,

vurulmuşam kələ-kötür hüsnünə.

Ovucla, qoy ürəyimin başına,

ovucla, qoy gözlərimin üstünə,

deməmişkən, burdan başlanır Vətən.

Axıtdıqca qanımızı torpağa,

ruhumuzu çəkənlər var sınağa.

Qan qardaşım, canım sənə sadağa,

qoyma onu yad tapdağı olmağa,

deməmişkən, burdan başlanır Vətən!

Bu nümunədə vətənpərvərlik duyğularının özünəməxsus ifadəsi və bədii ümumiləşdirmənin möhtəşəmliyi böyük maraq doğurur.

Fəxrəddin Ziyanın "Mənim doğulduğum kənd” şeiri də ədəbi-bədii və ictimai səciyyəsi ilə fərqlənir. Bütövlükdə bədii siqləti və poetik dəyəri ilə seçilən bu şeirdə orijinallıq şairin yurd sevgisi ilə yanaşı, narahatlığını da ifadə edir. Bir neçə bənddən nümunə:

Mənim doğulduğum uzaq bir kənd var,

orda hər qarış yer mənə əzizdir.

Kəndin qabağından kiçik çay axar,

suyu bulaq kimi safdır, təmizdir.

Yaxud:

Bu sıx meşələrdə hərdən azardıq,

gəlib yığılınca bulaq başında.

Dırmanıb bıçaqla adlar yazardıq,

dəmir ağacının budaqlarında.

Və yaxud:

O qədər qaçardır ocaq başında,

yanağı yanardı neçə uşağın.

Bir göz qırpımında gümrahlaşardıq,

içəndə suyundan "Böyükbulağ”ın.

Və yaxud:

Heyf, o meşələr qırılır yaman,

daha nə çimən var, nə də oynayan.

O çayın suyu da azalıb tamam,

dəyişib təbiət, dəyişib zaman.

Bədii-ictimai mündəricəsi ilə yanaşı, bədii etnoqrafik elementlərlə də zəngin olan bu qəbildən olan sənət nümunələri məktəb dərsliklərinə salınmalıdır. Şeirin bədii ümumiləşdirməsi çağdaş günümüzlə səsləşən mahiyyət daşıyır.

Bədii əsərin əbədiyaşarlığını şərtləndirən başlıca məziyyətlər sırasında obrazlılıq həlledici fakt olaraq qalmaqdadır. Obrazlılıqdan kənar yüksək sənət əsərini qəbul etmək mümkün deyil. Obrazlı fikrin qaynaqları xalq ruhunda süzülüb gələn ən təsirli ifadə vasitələrindən bəhrələnəndə zəngin ədəbi material yaranır.

Fəxrəddin Ziyanın ənənəvi üslubla yanaşı, modern üslubda yazdığı şeirlər də yüksək sənət nümunəsi kimi diqqətəlayiqdir.

Bədii siqlət, ictimai-fəlsəfi dərinlik, milli ruhun poetik mündəricəsi bu şeirlərin bənzərsiz olmasına zəmanətdir. Poetik zərifliyi ilə diqqət çəkən misralar:

Sən hələ ləçəklərinin şehi

qurumamış çiçəksən

ətri, təravəti ətrafını

məst edən çəməndə.

Sən hələ duyğusu oyanmamış

bir sakit ürəksən…

Şeirin ruhundakı intonasiyanın təravəti poetik düşüncənin, bədii fikrin ifadəliliyinə məxsusi bir ovqat aşılayır. Milli ruhumuzun, mental dəyərlərimizin müqəddəsliyinin poetik kodunu zəngin və bənzərsiz sənətkar qüdrəti ilə əyaniləşdirən böyük şairin təxəyyülünün, bədii idrakının sərhədsizliyinin şahidi oluruq. Bədii ümumiləşdirmənin orijinallığının poetikası bənzərsizdir.

Gözüm bir yarpağı tutub haçandı,

bu yarpaq qəlbimə yatıb haçandı.

Bu yarpaq bir kiçik tumurcuq idi,

Maşallah, böyüyüb, artıb haçandı.

Gör, nə tez qol açıb bir budaq qədər,

böyüyüb anbaan, saatbasaat.

Dartınıb Günəşə sarı hər səhər,

bir yarpaq ucunda yaşanan həyat.

Bu yarpaq meyvəyə mühafizəçi,

bu yarpaq yağışa, küləyə çəpər.

Yayın yer yandıran bürkü vaxtında

ətrafa canından sərinlik səpər.

Bu misralar bədii fikrin alt qatındakı qan yaddaşının, milli ruhun poetik hənirtisidir.

Bu şeirdə poetik obrazın daxilindəki fəlsəfi dəyərin, lirik ovqatın, əhvali-ruhiyyənin xalq poetik təfəkkürünün dərinliklərindən gələn obrazlılıqla qovuşmasının uğurlu təzahürünü görürük.

Daha bir bədii nümunəyə diqqət edək:

Oturmuşam sakit bir otaqda,

tək-tənha

Dörd yanım

sənsizlikdən doğan xiffətlə dolu.

Bu sayaq yaşamaqdan bezikmişəm,

dözə bilmirəm daha.

Durub, sənsizlikdən qaçmaq istəyirəm,

Qapımla, pəncərəmlə birgə

məni sənli hisslərimə qısqananlar

xəyalən kəsirlər yolu.

Yaman darıxıram,

çatışmır havam.

Təngiyir nəfəsim,

boğulur səsim.

Bu şeirin irfani mətləbinin ümumiləşdirilməsi obrazlı və orijinaldır.

Sən demə, məni ağrıdan

havasızlıq yox, sənsizliyinmiş.

Nə deyim, yəqin

duyğusu olmayan

sevgi ilə yaşamayan

insanlar

çətin məni anlayar,

çətin!

Dəqiq poetik detallarla çəkilmiş lirik-psixoloji durumun təbiiliyi valehedicidir. Burada poetikanı sözlərin deyil, düşüncənin içində axtarmaq daha vacibdir. Şeirin sonuncu misrası qeyri-adi poetik enerjiyə malikdir. Modern təfəkkürün, novator düşüncənin fərqli məfkurəsi poetik məzmuna dəyərli sənət cövhəri qatır.

"Bir məzar daşına yazı” şeiri də təsirlidir.

Sən bir nazlı xanım idin,

qədd-qamətli, nəcabətli.

Sən bir müdrik qadın idin

kövrək qəlbli, səxavətli.

Sən hamıdan məhrəm idin

qohum, qonşu, dost içində.

Sən həmişə doğma idin

yaxın üçün, yad üçün də.

Yoxluğundan yananların

gəlir indi güzarına.

Səni daim ananlardan

salam olsun məzarına.

Bu poetik misralarda insan ömrünün, insan taleyinin fəlsəfi-psixoloji məğzi çox yığcam bədii ümumiləşdirmə kimi əyaniləşir. Poetik məqamın səmimi və təbii boyalarla, sənətkar məharəti ilə canlı təsviri Fəxrəddin Ziyanın poetik nəfəsinin bənzərsizliyinə bir vəsilədir.

Bəzən bir misra şairin poetik qüdrətini, yüksək sənətkarlıq bacarığını sübut etməyə yetərli olur, bəzənsə cild-cild kitabların bu bədii həqiqəti təsdiq etməyə gücü çatmır, başqa cür desək, nəfəsi yetmir.

Fəxrəddin Ziyanın istənilən misrası onun poetik qüdrətinin, orijinal istedadının aynasına çevrilə bilir. Məncə bu fakt hər bir istedadlı söz adamının, illah ki, şairin ruhunu qanadlandıran xoşbəxtlik anının ətridir. Bu ətrin qoxusunu duyanlar poeziyanın yaşıl kitabına imza atan azsaylı böyük sənətkarlardır. Fəxrəddin Ziya belə möhtəşəm söz ustasıdır.

Görkəmli şairin poetikasındakı ictimai, mənəvi, əxlaqi bütövlük onun yaradıcılığında geniş yer tutur. Bu önəmli məziyyət şairin dünyagörüşünün, bədii-estetik idealının müəyyənləşməsində, formalaşmasında dəyərli əhəmiyyət daşıyır.

Elə şeirlər vardır ki, onlar ilahi vəhylə yazılır. Burada şairin bədii texnikası, sənətkarlıq səriştəsi heç yada düşmür. Çünki belə poetik nümunələr insanı elə əfsunlayır ki, hətta nəfəs çəkməyə belə taqət qalmır. Şeirdə insanın fərdi ağrısının bəşəri ağrıya çevrilməsinin, hədsiz dərəcədə təbii və səmimi ifadəsinin ehtivasını və bu poetik ifadənin haqlı həqiqi sənət möcüzəsi kimi təzahürünün şahidi olursan. Ana haqqında saysız şeirlər yazılıb. Lakin Fəxrəddin Ziyanın bu mövzudakı bu şeirlərinin bədii enerjisi ilə yanaşı, mətnin poetik intonasiyası, ritmi heyrətamizdir.

Çəkib ürəyinin şəhd-şirəsini

südünə qatıbmış mehriban anam.

Bizə laylasında şeir öyrədib

mənim şair anam, qəhrəman anam.

O bir huri idi, nurlu, aybəniz,

qəlbi qaynar bulaq, nitqi tərtəmiz.

Həyatda ilk şeir müəllimimiz

mənim şair anam, qəhrəman anam.

Doqquz övlad doğub başa yetirdi,

evi ocaq idi, məzarı pirdi.

Dünyaya üç şair oğul gətirdi

mənim şair anam, qəhrəman anam.

Ömrümün, günümün mənası idi,

hissimin, duyğumun aynası idi.

İlham ümmanımın sonası idi

mənim şair anam, qəhrəman anam.

Və yaxud, "Bağışla, can ana” şeiri də çox kövrək və orijinaldır.

Bu qədər yaxınmış ölüm, bilmədim,

sonam, anlamadım, gülüm, bilmədim.

Ayağın altında ölüm, bilmədim,

bağışla, can ana, bağışla məni.

Görüb ətrafında yurddaşlarını,

gözün gəzib məni, qardaşlarımı…

Saxlaya bilmirəm göz yaşlarımı,

bağışla, can ana, bağışla məni.

Nə səsim çatmayır, nə ünüm sənə,

o dünya vardısa, qoy dönüm sənə.

Nə dua, qurbandır hər günüm sənə,

bağışla, can ana, bağışla məni.

İndi məzarındır müqəddəs yerim,

o soyuq daşları qucar əllərim.

Allahmı Kərimdir, ya sənmi Kərim?!

Bağışla, can ana, bağışla məni,

bağışla, can ana, bağışla məni.

Bu şeirin möcüzəsi odur ki, hamının taleyinin poetik güzgüsüdür. Səmimi, poetik, heyrətamiz! Sənət möcüzələri belə olur, sadə və dərin!

Fəxrəddin Ziyanın poeziyası ədəbiyyatımızı zənginləşdirən sanballı sənət xəzinəsidir. Onun əsərləri poetik obrazların zənginliyi, insan xarakterinin psixoloji qatlarına nüfuz etmək bacarığı, bədii idrakın tarixə və müasir dövrə münasibətinin yeni aspekti, yüksək vətəndaşlıq qayəsi, mənəvi və əxlaqi yetkinliyin dolğun nümunəsi kimi böyük ədəbi səciyyə daşıyır.

Şairin yeni kitabını sanballı sənət uğuru kimi dəyərləndirmək olar. Görkəmli sənətkara can sağlığı və yaradıcılıq nailiyyətləri arzulayıram!

Balayar Sadiq




İmza:
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK