deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfər proqramı başlayıb Adalet.az | Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfər proqramı başlayıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Azərbaycan KİV rəhbərlərinin Moskvaya səfər proqramı başlayıb

4447    |   2019-07-01 17:37
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə respublikanın aparıcı KİV təmsilçilərindən ibarət 12 nəfərlik nümayəndə heyətinin Moskva şəhərinə səfər proqramı başlayıb.

Fonddan verilən məlumata görə, nümayəndə heyətinin Rusiyanın jurnalist təşkilatları və aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.

Səfər proqramı iyulun 1-də başlayıb və ilk görüş Azərbaycanın Rusiyadakı səfirliyində keçirilib.

Səfir Polad Bülbüloğlu nümayəndə heyətini salamlayaraq, Azəbaycanın aparıcı KİV qurumlarının Rusiyaya səfər proqramını müsbət dəyərləndirdiyini bildirib. O, iki ölkənin KİV qurumlarının əlaqələrinin güclənməsinin hər iki ölkənin maraqlarına xidmət etdiyini vurğulayıb. Səfir Azərbaycan və Rusiyanın müştərək maraqlarına xidmət edən proqramlar barədə də məlumat verib. Bu proqramların reallaşması üçün medianın dəstəyinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb və Azərbaycan media təmsilçilərinin Moskvaya səfərlərinin bu yöndə ciddi önəm daşıdığını vurğulayıb.

KİVDF-nin icraçı direktoru, səfər qrupunun rəhbəri Vüqar Səfərli KİV təmsilçilərinin Moskvaya səfərinin məqsədi, həmçinin, Azərbaycanda KİV-in durumu və KİVDF-nin fəaliyyəti barədə məlumat verib. Vüqar Səfərli Rusiya - Azərbaycan media təmsilçilərinin sıx təmaslarının zəruri olduğunu, bunun üçün həm Rusiya, həm də Azərbaycan dövlətinin dəstəyinin önəmli olduğunu vurğulayıb. Səfir Polad Bülbüloğlu iki ölkə KİV-lərinin təmaslarının gücləndirilməsi üçün səlahiyyətləri çərçivəsində bütün dəstəyi verməyə hazır olduqlarını qeyd edib.

Nümayəndə heyətinin növbəti görüşü "İTAR-TASS” İnformasiya Agentliyində keçirilib. Nümayəndə heyətinin üzvləri öncə Agentliyin iş mühiti ilə tanış olublar. Daha sonra Baş redaktor Maksim Filimonovla görüş keçirilib. Səmimi diskussiya şəraitində keçirilən görüşdə tərəflər qarşılıqlı maraqları və əlaqələrin inkişafı üçün fikirlərini çatdırıblar.

Məlumat üçün bildirək ki, nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Xalq qəzeti”nin baş redaktoru, KİVDF-nin Müşahidə şurasının sədri Həsən Həsənov, "Trend” İnformasiya Agentliyinin baş direktoru İlqar Hüseynov, "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "Bakinskiy Raboçiy” qəzetinin baş redaktoru Rəhman Hacıyev, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini Rəşad Nəsirov, "AzərTAC” İnformasiya Agentliyinin redaksiya müdir müavini Əziz Məmmədov, "Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev, "Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynov daxildir.

Görüşlər davam edir. Səfər proqramı iyulun 4-dək davam edəcək.




İmza:

Qətər nümayəndə heyəti ETSN-də olub

Bu il 573 sahibkara 52 milyon manat güzəştli kredit verilib - Nazir müavini

Jurnalistlər pulsuz müayinədən keçiriləcək

Azərbaycanın ucqar bölgələrində 6000-ə qədər uşaq məktəbəqədər təhsilə cəlb ediləcək

Azərbaycana qaçqın statusu üçün müraciətlərin sayı artıb

"Aqil Abbasın 100 dollarının hesabatı" - Ulucay Akif yazır

«AZƏRYOLSERVİS» ACS-nin SƏDRİ CƏNAB SALEH MƏMMƏDOVA

2019-cu ilin yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Bakı-Quba yolu yenidən qurulacaq

Azərbaycanda 35-i qeyri-islam olmaqla 942 dini icma dövlət qeydiyyatına alınıb

Azərbaycan qızıl və gümüş hasilatını artırıb

Vüsal Hüseynov : Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK