adalet.az header logo
  • Bakı 11°C
01 Iyul 2019 17:22
24558
KRİMİNAL
A- A+

Gəncədə avtobusda cibgirlik edən qadın saxlanılıb

Gəncədə cibgirlik edən qadın saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisindəki xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.