adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
01 Iyul 2019 15:43
27870
SİYASƏT
A- A+

YAP-ın bütün rayon təşkilatları Əli Əhmədovun təşəbbüsünə qoşuldu

Yeni Azərbaycan Partiyasının (YAP) bütün üzvləri partiyanın sədr müavini-icra katibiƏli Əhmədovun çağırışına qoşulub.

Adalet.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib.


S.Novruzov deyib ki, Yeni Azərbaycan Partiyasının bütün rayon, şəhər təşkilatlarına bu barədə məlumat verilib:

"Onların hamısı, eyni zamanda, fəal partiya üzvləri orduya bu dəstəyi göstərəcək”.

YAP rəsmisinin sözlərinə görə, yardımla bağlı vahid məbləğ müəyyən olunmayıb:

"Kimin gücü nəyə çatırsa, o məbləğdə yardım edəcək. Yeni Azərbaycan Partiyasının 740 min üzvü var. Hər bir üzvümüz də bu işdə aktiv iştirak edəcək”.

Qeyd edək ki, Baş nazirin müavini, YAP-ın sədr müavini-icra katibiƏli Əhmədovsosial şəbəkə vasitəsilə işlədiyi qurumun mühasibatına özünün aylıq əmək haqqımın 50 faizinin Silahlı Qüvvələr Yardım Fonda köçürülməsi barədə müraciət edib. O, bu addımı ilə müharibə vəziyyətində, 1 milyon məcburi köçkünü olan Azərbaycanda xeyriyyə aksiyası keçirmək nümunəsi göstərdiyini bildirib.

Baş nazirin müavinin maaşı 2060 manatdır.