adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Iyul 2019 15:38
9027
MƏMLƏKƏT
A- A+

Gəncə çayına düşən azyaşlının meyiti tapılıb - YENİLƏNİB

Gəncə şəhərinin Kəpəz rayonunda naməlum şəraitdə Gəncəçay çayına düşən 2012-ci il təvəllüdlü Səfərli Hüseyn Nuru oğlunun axtarışları başa çatıb.

Nazirlikdən verilən məlumata görə, H.Səfərlinin meyiti Gəncə Regional Mərkəzinin xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Gəncə şəhərinin Kəpəz rayonunda 1 nəfər azyaşlının naməlum şəraitdə Gəncə çayına düşməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu və Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əlavə məlumat veriləcək.