adalet.az header logo
  • Bakı 20°C
01 Iyul 2019 15:20
23885
KRİMİNAL
A- A+

Rusiyadan qanunsuz yolla gətirilən 10 min ədəd siqaret aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz Vito" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin sol arxa təkərinin üstündəki hissədən 10 000 ədəd "HEETS turquoise label" markalı siqaret aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.