hacklink Adalet.az | ADU-da Çin Kommunist Partiyasının ildönümü qeyd olunub Adalet.az | ADU-da Çin Kommunist Partiyasının ildönümü qeyd olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da Çin Kommunist Partiyasının ildönümü qeyd olunub

7263    |   2019-07-01 15:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin Kommunist Partiyasının yaranmasının 98-ci ildönümünə həsr olunmuş "Çin Kommunist Partiyası və Yeni Azərbaycan Partiyasının partiyalararası dialoqu” adlı tədbir keçirilib.

Seminarda açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Yeni Azərbaycan Partiyası və Çin Kommunist Partiyası arasında hərtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib.

O, həmçinin Pekində 2-ci "Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak etmək üçün Çinə işgüzar səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşünü xatırladaraq, görüş zamanı Çinin başçısının ÇKP-nın YAP ilə əlaqələri gücləndirməyə, dövlət idarəçiliyində təcrübə mübadiləsinə, iki ölkə arasında qarşılıqlı etimadı möhkəmlədirilməsinə hazır olduğunu vurğulayıb. ADU nəzdində Konfutsi İnstitutunun Azərbaycan-Çin siyasi dialoqunun inkişafına verdiyi töhfələri xatırladan R.Abbasov, eləcə də Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət Azərbaycan dilində materiallar toplusunun nəşr olunduğunu bildirib.

Toplunun tərtibçisi R.Abbasov qeyd edib ki, Si Cinpinin dövlətin idarə edilməsi haqqında fikirlərindən ibarət olan bu kitab Azərbaycan ictimaiyyətinə Çin liderinin siyasi fəlsəfəsini, bu ölkənin daxili və xarici siyasətinin əsas strateji istiqamətlərini daha yaxşı öyrənmək, eləcə də "Çin arzuları” konsepsiyası və Böyük İpək Yolunun bərpasına yönəldilmiş "Bir kəmər, bir yol” layihəsi ilə tanışlıq imkanı verəcəkdir. Seminarda çıxış edən ADU Konfutsi İnstitutunun əməkdaşları Azərbaycan və Çin arasında siyasi əməkdaşlıq və partiyalararası dialoqun uğurlu inkişafı, "Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində iki ölkənin aparıcı partiyalarının rolu haqqında məlumat veriblər.




İmza:

Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri Bakı Ali Neft Məktəbində

BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Haulin Jao ilə görüş keçirilib

Məleykə Abbaszadə: Yuxarı vəzifələrdə işləmək üçün müraciət edənlərin sayı azdır

Bakı Ali Neft Məktəbi Texas A&M Beynəlxalq Universiteti ilə müqavilə imzaladı

Emin Hüseynov Bakı Ali Neft Məktəbində master-klass keçib

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

ADU-nun rektoru Mərakeşin Cadi Ayyad Universitetinin prorektoru ilə görüşüb

BMT-nin Təlim və Tədqiqat İnstitutunun saytında Bakı Ali Neft Məktəbi haqda məqalə dərc olunub

Azərbaycan Universitetində gender mövzusunda beynəlxalq konfrans keçirilib

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

Türkiyəli professor ADU-ya gəldi - FOTO

Bakı Ali Neft Məktəbində Layihə İdarəetmə Məktəbinin Məzun Günü keçirildi

SON XƏBƏRLƏR
2019-12-11


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK