adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
02 Iyul 2019 10:16
10749
MƏMLƏKƏT
A- A+

CİDDİ MƏSƏLƏ: TƏYİNATLAR NİYƏ LƏĞV OLUNUR?

Mən ali məktəbi bitirəndə təyinatımı verdilər doğma şəhərimizdən 200 kilometr uzaqlıqda olan Ağsu rayonuna və getdim orda müəllim işlədim. Eləcə də digərlərinin. Məcburi təyinat vardı və təyinat yerində ən azı iki il işləməyəni sonradan başqa yerə işə götürmürdülər. Yəni fərari sayılırdı ki, təyinat yerindən qaçıb.

Bu il Azərbaycan Tibb Universitetini gərək ki, 1400 nəfər bitirib.

Təkcə Füzulidə 170 həkim , Ağcabədidə 87 həkim, Ağdamda 100-dən artıq həkim yeri boşdur.

Buyurun, həmin o 1400 nəfərdən göndərin. Dövlət nə qədər xərc çəkib onları oxudub, getsinlər iki il dövlətin təyinat yerində işləsinlər.