adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Iyul 2019 14:59
10010
HADİSƏ
A- A+

MİNGƏÇEVİR PROKURORLUĞUNA BİR SUAL:

Aprel döyüşlərində MAXE kimi iştirak etmiş, sonradan ordudan tərxis olunmuş İmamverdi İsmayılov xəstə övladına qarşı Mingəçevirdəki xəstəxanada olan haqsızlığa etiraz əlaməti olaraq üstünə benzin tökərək özünü yandırıb və həkimlərin bütün çabalarına baxmayaraq, vəfat edib.

Bu barədə xəbəri qəzetimizdə oxuya bilərsiz.

Bizim sözümüz başqadır. Sözümüz Mingəçevir Şəhər Prokurorluğunadır. Bu qazini intihara məcbur edən səbəblər araşdırılacaqmı? Və səbəbkarlar məsuliyyətə cəlb olunacaqmı?

Sualımız çətin olmadı ki?

Xatırladaq ki, Mingəçevir şəhər xəstəxanasının baş həkimi Könül Ələkbərovdur.