adalet.az header logo
  • Bakı 18°C
02 Iyul 2019 10:06
11861
GÜNDƏM
A- A+

OQTAY ŞİRƏLİYEV NİYƏ GERİ ÇƏKİLDİ?!

Səhyyə naziri Oqtay Şirəliyev jurnalist Teymur Kərimovu xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Səbəbini ölkədə bilməyən yoxdu, amma qısaca deyək. Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında ölkənin səhiyyə sistemindəki acınacaqlı vəziyyətlə bağlı üsyan etmişdi və bu üsyan sosial şəbəkələrdə və saytlarda, ümumiyyətlə, mətbuatda yayımlanmışdı. Üsyanına da səbəb xəstə anasının müalicəsi üçün dövlət xəstəxanalarında ondan rüşvət istənməsi ilə bağlı idi. Rəhmətə gedən anasının üçü günü nazir jurnalisti onu təhqir etdiyinə və böhtan atdığına görə məhkəməyə verdi və hətta hazırlıq iclası da keçirildi. Amma bir neçə gün sonra iddiasını geri götürdü. İddiasını geri götürməyinin səbəbi də açıqlanmadı.

Bu çox müxtəlif yerlərə yozuldu , amma ortada bir həqiqət var. Çox güman ki, Oqtay Şirəliyev həmin məhkəməni uduzacağını və bunun da ölkədə daha böyük səs-küy yaradacığını öyrəndi.