hacklink Adalet.az | Tanınmış şair Nəsib Nəbioğlunun 65 illiyi qeyd edilib Adalet.az | Tanınmış şair Nəsib Nəbioğlunun 65 illiyi qeyd edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Tanınmış şair Nəsib Nəbioğlunun 65 illiyi qeyd edilib

6489    |   2019-07-01 13:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 29-da Rəşid Behbudov adına Mahnı Teatrında tanınmış şair, publisist, Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin katibi Nəsib Nəbioğlunun 65 illik yubileyi qeyd edilib.

Adalet.az xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyinin və "Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Tədbirdə bildirilib ki, klassiklərimizin, eləcə də bir çox müasir şairlərimizin həyat və yaradıcılığına həsr edilmiş rus dilində məqalələrin müəllifi olan Nəsib Nəbioğlu V.Şukşinin, V.Rasputinin, A.Puşkinin, M.Lermontovun, S.Yeseninin, N.Rubsovun əsərlərini Azərbaycan dilinə tərcümə edib. Şair uzun illərdir Rusiyada ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edir. Onun iyirmidən çox şeirinə musiqi bəstələnib. O, həm də musiqisi Ayna Sultanovanın olan dünya azərbaycanlılarının həmrəylik himninin müəllifidir.

Qeyd edək ki, Nəsib Nəbioğlu "Ürəyim yurd yeridir”, "Sizə sözüm var”, "Bağışlamaz dağlar məni” və digər şeir kitablarının müəllifidir. O, R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatıdır.




İmza:
SON XƏBƏRLƏR
2019-12-13
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK