viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | DÜŞMƏNƏ XİDMƏT EDƏNLƏR Adalet.az | DÜŞMƏNƏ XİDMƏT EDƏNLƏR Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

DÜŞMƏNƏ XİDMƏT EDƏNLƏR

“Azərbaycanda bərkgedənlər, yaxşı yaşayanlar qaçqınlardır, biz yox...” –deyənlərə cavab...

3290    |   2019-07-01 13:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Gəlin, öz kürsü davası və təxribatlarıyla Qarabağın ermənilərə verilməsinə şərait yaratmış nakişiləri arayaq...”



Son günlər sosial şəbəkələrdə bəzi istifadəçilər tərəfindən Azərbaycandakı qaçqın və məcburi köçkünlərin ünvanına təhqiramiz ifadələr işlədilir, Qərbi Azərbaycandan qaçqınlığın, torpaqlarımızın 20 faizinin işğalının suçu onların boynuna yıxılır. Bunun erməni təxribatı olduğunu dəqiq bilməsək də, belə bir davranışı icra edənlərin düşmən dəyirmanına su tökdükləri şəksizdir...

Hətta şərhlərdə bəziləri belə cəfəng fikirlər yazırlar: "Azərbaycanda bərkgedənlər,yaxşıyaşayanlar qaçqınlardır, biz yox...”

Belə çıxır ki, torpaqlarımızın işğal altında qalmasının məsuliyyəti yalnız məcburi köçkünlər daşımalıdır. Gəlin Vətəni bölməyək. İşğal altında olan torpaqlar, Qarabağımız, Şuşamız, Laçınımız, Kəlbəcərimiz... hər bir azərbaycanlının namusu, qeyrəti şərəfidir. Torpaqlarımızın erməni əlində qalmasında yalnız qaçqınları qınamaq nadanlıqdır. Çünki onların özlərinin, dədə-babalarının min illərlə yaşadığı o yurdlar ölkədəki hakimiyyət, var-dövlər davası ilə uzlaşdırılmış erməni və imperiya planları, təxribat və şayiələr sayəsində işğal olunub. Kimsə hesab edirsə ki, Qarabağ torpaqlarında yaşayanların yerinə Azərbaycanın başqa bir bölgəsinin, şəhərinin əhalisi olsaydı, o yurdlar işğal olunmazdı –yanılır. Odur ki, gəlin, öz kürsü davası və təxribatlarıyla bu torpaqlarımızın ermənilərə verilməsinə şərait yaratmış nakişiləri axtaraq və xalqın mühakiməsinə çıxaraq...

Bu günlərdə dünyasını dəyişmiş mərhum Şirməmməd Hüseynovun hələ 4 il öncə qaçqınlar haqqında söylədiyi bir fikrin bəziüzdən iraq soydaşlarımız tərəfindənəldəbayraqetdiyini və bununla mərhum alimin ruhunu da rahat buraxmadıqlarını əlavə edərəkbildirirəm ki, qaçqın-köçkünlərin qınaq obyektinə çevrilməsi məşhur araşdırmaçı alimimiz Şirməmməd Hüseynovun hələ 2015-ci ildə "ANS” verdiyi müsahibə zamanı söylədiyi "1 milyon qaçqının içərisində 100 min kişi yox idi, əli silahlı?.." fikrinə şərhlərdə ifadə edilib.

Açığı, öncə mən də belə hesab etdim ki, mərhum Şirməmməd müəllim, doğrudan da, qaçqınları qınaq obyektinə çevirib. Lakin sonra alimin açıqlamasını diqqətlə dinlədikdən sonra anladım ki, rəhmətlik Şirməmməd müəllimin qaçqınlar barədə söylədikəri tamam yanlış yozulub və şərh edilib. Hər kəs həmin müsahibənin video-yazısına baxıb bunun şahidi ola bilər...

Belə ki, keçmiş Yuqoslaviyanın parçalanması ərəfəsində yaranmış münaqişələrdən danışan alim Xorvatiyanın torpaqlarının bir hissəsinin Serbiya tərəfindən işğal edilməsindən və 250 min xorvatın qaçqın düşməsindən bəhs edir. Ş.Hüseynov deyir ki, Xorvatiya liderləri həmin 250 min xorvatdan 40 minlik, qalan işğal edilməmiş bölgələrdən isə 60 minlik qoşun yaradaraq toplam 100 minlik ordu və topladıqları pulla əldə etdikləri 800 tank, 100 təyyarə və s. vasitəsilə cəmi 3 gün ərzində torpaqlarını azad ediblər. Şirməmməd müəllim bu faktı Azərbaycan torpaqlarının işğalı ilə müqayisə edərək ritorik sual verir: "Məgər 1 milyon qaçqının içində 100 min kişi yox idi?” və sonda əlavə edir: "Təşkil edən yox idi...” Yəni rəhmətlik demək istəyir ki, torpaqların yenicə işğal edildiyi vaxtlarda düzgün təşkil edən olsaydı, biz də bu günədək Qarabağı ermənilərdən azad edə bilərdik...

Rəhmətlik Şirməmməd Hüseynovun bəhs edilən fikirlərinə yanlış şərh verərək qaçqın və köçkünləri təhqir edənlərdən birinin də tanınmış aktyor və şoumen Qorxmaz Əlililidir .Məhz onun şərhlərindən sonra məlum müzakirə qızışıb.

Araşdırmamız zamanı xatırladıq ki, Q.Əlilinin şərhi də Şirməmməd müəllimin 2015-ci ilin oktyabrında "ANS”-ə verdiyi sözügedən müsahibəsindən az sonra yayılıb,və bir neçə gün sonra isə sənətçi bu cür fikirlərinə görə qaçqınlardan üzr istəyib.İndi kimlərsə Şirməmməd Hüseynovun vəfatını fürsət bilərək onun qaçqınlar haqda söylədiklərini və Q.Əlilinin statusunu yenidən "Facebook”da "efirə” buraxıb:

"Qaçqınlara Bakı lazım idi, ona da nail oldular. Hökumət lazım idi, ona da nail oldular. Var-dövlət lazım idi, onu da aldılar. Onlardan yalnız iyirmi faizi əsl qaçqınlıq həyatı sürdülər, o da reklama görə. Xaricdən gələn qonaqlara göstərmək üçün, yardım pulu almaq üçün. Aldılar, pulun dalına keçdilər, indi bizi bəyənmirlər..."

Bu məntiqsiz və son dərəcədə qüsurlu, əxlaqa zidd düşüncələri əldə bayraq edənlərə üzümü tutub deyirəm: "İndi "qaçqın” adlanan soydaşlarımız öz yurdlarında yaşayanda onların həyat şəraiti sizinkindən çox yaxşı idi. Sadəcə, tale elə gətirib ki, onlar bu gün sizin kimilərə söz yeri olub.Amma unutmayın ki, Vətənin dəyərini, qiymətini sizin kimi varlıqlar heç zaman bilməz. Çünki sizing kimi məxluqlarda milli qürur hissi olmur. Milli qürurunuz olsaydı, belə sözləri dilə gətirməzdiniz. Bilərdiniz ki, qaçqın və köçkünlərdən ötrü doğma yurdarından əziz, müqəddəs heç nə yoxdur... Qarabağın sakit, dinc dövrlərində Azərbaycanın bütün guşələrindən o torpaqlara dincəlmək üçün on minlərlə soydaşımız gəlir, yaylaqlarda, meşələrdə, bulaqlar başında istirahət edirdi. Deməli, bəziləri üçün o yerlər yalnız qoynunda kef çəkəndə Vətən idi. İndi isə həmin torpaqların işğal altında qalmasının məsuliyyətini yalnız o bölgədən olanların boynuna qoymaq heç bir kişiliyə, mənəviyyat və məntiqə sığmır... Bir daha təkrar edirəm ki, arxalarındakı Rusiyanın, Fransanın hesabına ermənilərin müvəqqəti sahibləndiyi o yurdların azad edilməsi məsələsi hansı regiondan olmasından, varlı-kasıblığından, siyasi mənsubiyyətindən asılı olmayaraq hamımızın boynuna düşən namus,qeyrət məsələsidir !

Sonda bird aha vurğulamaq istəyirəm ki, görkəmli ziyalımız, tariximizi araşdıran canlı tarix kimi yaddaşlarımıza həkk olunmuş mərhum professor Şirməmməd Hüseynovun fikirlərini yanlış yozaraq Vətənimizin müxtəlif bölgə sakinlərini üz-üzə qoymaq cəhdi düşmənə xidmət edən bir rəzillikdir.Bir vətəndaş və işğal altındakı yurdun sakini olaraq bu cür fikirlərin yayılmasından dərin təəssüf və ikrah hissi keçirdiyimi bildirirəm .

Hörmətlə :

Qarabağ müharibə veteranı ,

məcburi köçkun Ramiz Cəbrayılov .

28iyun2019- cu il.




İmza:
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK