İcra başçısı 250 minlik xidməti maşın alması xəbərindən DANIŞDI
Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısı Aqil Məmmədov tender yolu ilə "Mercedes Benz S 350” xidməti avtomobilin alınmasından danışıb.
Adalet.az-ın məlumatına görə, Aqil Məmmədov unikal.org-a açıqlamasında bildirib ki, dövlət tərəfindən icra hakimiyyətinə 55 min manat xidməti avtomobilin alınması üçün pul ayrılıb:
"2 ildir ki, müavinimin xidməti avtomobili yoxdur. Dövlət bücəsindən xidməti avtomobilin alınması üçün 55 min manat pul ayırldı. Təklif etdim ki, sözügedən məbləğə 2010-cu ilin buraxılışı olan "Mercedes Benz S 350” avtomobili alınsın. İcra hakimiyyəti bunun üçün tender komissiyasına müraciət etdi və tender elan olundu”.
Aqil Məmmədov vurğulayıb ki, artıq sözügedən xidməti avtomobil dəyəri büdcələrinə uyğun olmadığı üçün təxirə salınıb:
"Tenderdə hələlik sözügedən avtomobillər təklif olunmayıb. Təklif olunan avtomobillərin qiyməti çox bahadır. Ona görə, "Mercedes Benz S 350” avtomobilin alınmasını təxirə saldıq”.
Moderator.az-ın qeydi:
Heç bir mərkəzi və yerli icra hakimiyyəti orqanı Prezident Administrasiyasının razılığı, Nazirlər Kabinetinin göstərişi və Maliyyə Nazirliyinin izni olmadan nəinki yeni və ya köhnə avtomobil, heç velosiped də ala bilməz. Sosial şəbəkələrdə və mediada buna görə "stəkanda fırtına qoparanlar" bu həqiqəti ya bilmirlər, ya da bilərəkdən cığallıq edirlər.
Digər Xəbərlər
24 Aprel 2024 18:35
Prezident İlham Əliyev və Prezident Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO
24 Aprel 2024 15:36Hikmət Mirzəyevdən qisas almaq istəyən konqresmen KİMDİR...
24 Aprel 2024 15:21Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 15:12Qocanın qəliz israrı: Bu gün yenidən “soyqırım” dedi
24 Aprel 2024 14:12