adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Iyun 2019 18:00
8367
MƏMLƏKƏT
A- A+

FHN Qubada qaz partlayışı ilə bağlı məlumat yayıb

Quba rayonunda qaz partlayışı olub.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

Yanğın zamanı 4 nəfər xəsarət alıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.