viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Bakı meriyası çimərliklərdə reydlər keçirir - XƏBƏRDARLIQ Adalet.az | Bakı meriyası çimərliklərdə reydlər keçirir - XƏBƏRDARLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Bakı meriyası çimərliklərdə reydlər keçirir - XƏBƏRDARLIQ

3728    |   2019-06-29 15:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda çimərlik mövsümünə rəsmən başlanması ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti (BŞHİ) Ticarət və Xidmət Departamenti paytaxtın bir sıra rayonlarında yerləşən çimərliklərə baxış keçirib.

BŞHİ-dən verilən məlumata görə, paytaxt Bakı şəhərində havaların isti keçməsi ilə əlaqədar olaraq, yerli vətəndaşlarla yanaşı, turistlərin də dəniz sahilinə kütləvi axını müşahidə olunur.

Bununla əlaqədar BŞİH Ticarət və xidmət departamenti şəhər sakinləri və qonaqların nəzərinə çatdırıb ki, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur. Departamentdən bildirilib ki, çimərliklərdə əhalinin və qonaqların sahilyanı zonada istirahətinə lazımi şəraitin yaradılması ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Lakin müşahidələr və həmçinin vətəndaşlardan daxil olmuş bir sıra müraciətlər onu deməyə əsas verir ki, hələ də bu tələblərə riayət etməyənlər vardır. Bur sıra yerlərdə vətəndaşlardan əsassiz olaraq çimərliklərə daxil olmaq üçün pul istənilir.

Müraciətlərin araşdirılması və neqativ halların aradan qaldırılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin (BŞHİ) Ticarət və xidmət departamentinin əməkdaşları Səbail rayonu "Şıx” çimərliyk ərazisi, Suraxanı rayonu Hövsan, Xəzər rayonu Türkan, Zirə və Mərdəkan çimərliklərində reydlər keçirib.

BŞİH-nin Ticarət və xidmət departamentindən jurnalistlərə açıqlamada bildirilir ki, baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb:

''Məlum oldu ki, bəzi çimərliklərdə dəniz suyundan istifadə üçün sakinlərdən ödəniş tələb edilir. Reydin məqsədi ödəniş tələb edilməsinə qarşıdır. Həmçinin ictimai xidmət səviyyəsi də yüksək keyfiyyətdə olmalıdır. Vətəndaşlar belə hallarla qarşılaşarsa, müvafiq orqanlara müraciət etməlidir. Reydlər zamanı bir sıra çimərliklərdə şlaqbaumlar götürülüb və sahibkarlara çimərlik ərazilərinə girişin pulsuz olması ilə bağlı xəbərdarlıq edilib. Bildirilib ki, əhalidən yalnız xidmətə görə pul almaq olar. Aşkar edilən nöqsanlar aradan qaldırılmazsa, inzibati qaydada tədbir görülür. Hər hansı bir yerdə dənizə girişin məhdudlaşdırılması və ödəniş tələb edilməsi qanuna ziddir. Türkan və Şıx çimərliklərində nöqsanlar aşkar edilib. Pirşağı çimərliyindəki nöqsanlar aradan qaldırılıb. Yaxın günlərdə təkrar baxış keçiriləcək. Mütəmadi şəkildə monitorinqlər davam etdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.

Bu gün reydlər Novxanı qəsəbəsindəki çimərliklərdə aparılıb və şkar edilmiş noqsanlar yerindəcə aradan qaldırılıb.

Reydlərin davamı nəzərdə tutulub.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK