adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyun 2019 13:34
10174
HADİSƏ
A- A+

Bakıda gəlin və baldız arasında dava olub, 3 nəfər xəsarət alıb

Bakıda ailədaxili mübahisə davaya çevrilib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində baş verib.

Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Təhməzova Renera Nazim qızı Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 92, mənzil 84-ə qardaşının evinə qonaq gəlib. O, həmin evdə yaşayan qardaşının həyat yoldaşı, Ukrayna vətəndaşı, 1991-ci il təvəllüdlü Kazımova Anna Stanislavovna ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə onlar bir-birini döyərək xəsarət yetiriblər. Hadisə nəticəsində Anna Kazımovanın oğlu, 2008-ci il təvəllüdlü Kazımov Denis Telman oğlu da xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.