viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Təranə ARİFQIZI: BU HƏYATA ƏL EYLƏ Adalet.az | Təranə ARİFQIZI: BU HƏYATA ƏL EYLƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Təranə ARİFQIZI: BU HƏYATA ƏL EYLƏ

4915    |   2019-06-29 12:03
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mən şair olsaydım

Mən şair deyiləm, şair ruhluyam,

Həyat nəğməsiyəm şeirlərimlə.

Mən şair olsaydım nələr yazardım,

Nələr yaradardım nəğmələrimlə.

Bəzən fikirlərim qalıb yarıda,

Bəzən üsyan edib, tez kirimişəm.

Bu qəlb əridibdi buzu, qarı da,

Yanmağı yanandan sonra bilmişəm.

Mən şair olsaydım, uçan quşların

Nəğməsin dİlimə nəğmə bilərdim.

Mənə uzaq olan yad baxışların

Həsrətin özümə doğma bilərdim.

Mən şair olsaydım, sevən kəslərin

Sevgi günəşinə bir dan olardım.

Sevgini yox bilən tezhəvəslərin

Həyat fəlsəfəsin başdan alardım.

Mən şair olsaydım, ağ yalanları

Qırmizi qələmlə qaralayardım.

Dünya mənim-deyən çox nadanları

Nizəli sözlərlə paralayardım.

Mən şair olsaydım, qanad açardım,

Könül bağlayardım o göy üzünə.

Tanrı mələyi tək göyə uçardım,

Baxardım, doymazdım bu yer üzünə.

Mən şair olsaydım, bütün dunyanı

Yazan qələmimə bağışlayardım.

Sonra qələmimlə bütün hər yanı

Sevgi butasıyla naxışlayardım.


TANRI PİYALƏSİ- İÇMIRSƏN, NƏDƏN?

Susuram, içimdə ətrin boy atıb,
Kül olub xatirən, ya da bayadıb,
Çəkdiyim ahlarım sevinc, vayadı,
Nədən ürəyimdən keçmirsən, nədən?

Keçsən, yerişlərin qana batacaq,
Bu qan vicdanını sənə satacaq,
Vicdanın susacaq, rahat yatacaq,
Qəlbimə kəfəni biçmirsən, nədən?

Deyirsən, həqiqi eşq axtarıram,
Həyatdan doymuşam, müşk axtarıram,
Neynirəm, boş yerə başmaq dağıdam,
Sən ki, köz-odumda bişmirsən, nədən?

Sevinc kuləkləri gec əsdi mənə,
Qayıdıb getməyə tələsdi yenə,
Bu təzə dil açan bir səsdi sənə,
Eşidib rəsmini çəkmirsən, nədən?

Köksümə vurulan qamçılar gülür,
Adınla çəkilən sancılar gülür,
Göydən nur tökülür, damcılar gülür,
Tanrı piyaləsi - içmirsən, nədən?

Təranə, içində dağıldı dünya,
Səninçün həqiqət,nağıldı dünya?
Üç alma düşəndə bağırdı dünya:
Gerçəklə nağılı seçmirsən, nədən?!!

21. 05. 2019
Saat: 03.50

DANIŞAR

Mənə, sus söyləmə, danışmaram mən,
Ağ yolda iz açan qələm danışar.
Qəlbimin sözüdür gözümdəki nəm,
Yanağa süzülən ələm danışar.

Uzaq illərimin yaxın döstusan,
Məni qədərinin yaxın dostu san,
Nə bez gileyimdən,nə də, dost, usan,
Sazım nalə çəkər, telim danışar.

Özgələr onündə susar, danışmaz,
Sözünü ruhundan asar, danışmaz,
Səbrini bağrına basar, danışmaz,
Dil susar, gözümdə selim danışar.

Qoruyar yad sözdən ürək sözünü,
Çalışar tox tuta hər vaxt özünü,
Göz yaşım söndürməz qəlbim közünü,
Yandıqca atəşdə külüm danışar.

Zaman, ey Təranə, yağı kimidir,
Həftələr can alan ağı kimidir,
Aylar ayağımin bağı kimidir,
Gün- günə calanar, ilim danışar.

MƏNİ

Yanında durmuşam, xəyal kimiyəm,

Tut, saxla baxışla, gözündə məni,

Ruhunda açılmış bir yol kimiyəm,

Gəlirəm, bağışla, özun də məni.!

Yuxumda az axtar, məni az ara,

Sənsiz cismim düşüb dərdə, azara,

Əlinlə qoy məni, qoşa məzara,

Suya çək yağışla, gözündə məni.

Doğransam ruhumla dilim-dilim də,

Kimsəyə "sevdamsan”- deməz, dilim də,

Bir sənin adın var, vallah, dilimdə,

Sən sına sal daşla, dözümdə məni.

Deyirsən, gəlmə heç sən mənə sarı,

Sənsizlik ölümdü gözümdə sarı,

Səninlə aramda duran hasarı

Gəl götür barışla, süz indi məni.

Baxsan, görərsən ki, viran, söz bağım,

Baxır gözlərimdən toran, göz bağım,

Yazmasam, qan olar yaram, söz bağım!

Sirr oldum bu yaşla, çöz, indi məni!


BU MƏHƏBBƏT GECDİ DAHA

Sən mənim şeirimin sevgi dənizi,

Dalğanda üzməyə, vallah, gəmim yox.

Hər sənə baxanda solur bənizim,

Içındə qərq olub, batsam,qəmim yox,

Batmaq istəyirəm dərinliklərə,

Inci,mirvarılər dolsun içimə,

Ya mən tələsmişəm, sən yubanmısan,

Sevgidə nə deyim, belə biçimə.

Hərdən gözlərimdən gəlib keçirsən,

Gecdi bu sevgimiz, gecdi deyirəm.

Illərdir dodağım həsrət içsə də,

Daha yubanmışıq, keçdi, deyirəm.

Həyatda heç nəyə vaxt qoymaq olmur,

Sevgi sevən üçün zamansız olur,

Hər sevən ürəkdə taxt qurmaq olmur,

Həqiqi sevgilər yalansız olur.

Sevgini çörəyim, suyum bilirəm,

Aclıqdan hər zaman tox oluram mən,

Sən mənim şeirimin sevgi nağılı,

Hər gün bu nağılda yox oluram mən.


ŞAHBUZUN

Yazın əvvəlində çıxmışdım yola,

Mənə gəl-gəl dedi, özü Şahbuzun,

Yığdım kəklikotun, daddım yarpızın,

Laləyə bürünüb düzü Şahbuzun

Dolandım yolları dağ dərəsində,

Sular şaqqıldayır çay bərəsində,

Dağların ətri var bal-kərəsində,

Bizi qonaq etdi, yazı Şahbuzun

Güldü, gülüşüylə güllər açıldı,

Gəldi, gəlişiylə yollar açıldı,

Qonaq qarşıladı qollar açıldı,

Nə xoşdu ədası, nazı Şahbuzun.

Aşıqlar oynadı, sazla-söz dedi,

Dəyər gözəllərə,dəyər göz dedi,

Dağların sirrini indi çöz dedi,

Könlümü lal etdi sazı Şahbuzun!

Bişdi unnucadan dadlı kətəsi,

Çaşırı, bolusu dağda bitəsi ,

Gözəllikdə varmı bundan ötəsi,

Səslənir, bax, xoş avazı Şahbuzun!


BU HƏYATA ƏL EYLƏ

Son qismətim, tale payım, hardasan,

Yaşat məni, Yaradana qul elə!

Ömrum – günüm, demə, sən də dardasan

, Dardan qurtul, bu ömrümə gəl elə!

Keç qəlbimdən, yaraları sarı sən,

Hey çəkirsən yaralara sarı sən,

Urəyində bir künc ayır barı sən,

Bir çiçəyi öz bağında gül elə.

Həyat sınaq meydanıdı,biləsən,

Bütöv ömrü qurban vermə ilə sən,

Gözlərimə göz bəbəyi, giləsən,

Gözlərindən toru götür, tul elə.

Sevgisinə yanıq düşdü bu ürək,

Öz suyuna qanıq düşdü bu ürək,

Çox ünvana tanıq düşdü bu ürək,

Yol vermədi heç birinə, yol elə.

Bir ömrü də yarıtmadı bu baxtım,

Öz yarasın sarıtmadı bu baxtım,

Öz içimdə susqun qaldım, ya baxdım,

Səssiz qalan sözlərimi dil elə.

Sevinmişəm, yaş gələndə yaş ustə,

Meyvəsiz il sanki gəldi daş üstə,

Deyən yoxdu, gözün altda, qaş üstə,

Gözlə qaşın arasına dol elə.

Ay Təranə, yol verən yolda qalar,

Ömür zirvə, yorulan yalda qalar,

Tələsməyən sonunda dalda qalar,

Addım- addım bu yollarda qal elə

Ad günündü, sevin belə, gül belə,

Illər yandı, sevinmədi kül belə,

Bu təbrikə dedi neçə dil belə:

Daha vaxtdı, bu həyata əl elə.




İmza:
SON XƏBƏRLƏR
2019-07-22
2019-07-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK