Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qəbələdə 19 kilometrlik avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir Adalet.az | Qəbələdə 19 kilometrlik avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Qəbələdə 19 kilometrlik avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir

4525    |   2019-06-29 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəbələ rayonunda uzunluğu 19 km olan yerli əhəmiyyətli Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidən qurulması işləri yekunlaşmaq üzrədir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən verilən məlumata görə, Böyük Əmilli-Bılıx-Əmirvan avtomobil yolu IV texniki dərəcəlidir. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, yolda çoxlu sayda çalalar, çökmələr və qabarmalar əmələ gəlmişdir. Bu isə nəqliyyatın hərəkətində çətinliklərin yaranmasına səbəb olmuşdur. Yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan, yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalırdı, çiyinlərin enin yolun texniki dərəcəsinə uyğun gəlmir və 0.5-1 m arasında dəyişirdi.

IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni 2 metr olmaqla yol yatağının eni 10 metr təşkil edir.

Layihəyə uyğun olaraq mövcud örtük sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hisələri qazılaraq çıxarılıb, karxana qruntu ilə əks-dolğu işləri görülüb və kipləşdirilib, torpaq yatağı avtoqreyderlə profilə salınıb, lazımi hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından istifadə olunmaqla əsasın alt və üst layının tikintisi işləri görülüb. Bu işlər 100 min kv.m-dən çox sahəni əhatə edib.

Yol boyu mövcud suötürücü borular uzun illər istismar olunduğundan, metal borular karroziyaya uğrayaraq çürümüş, dəmir-beton boruların başlıq hissələri sınmış, orta hissələri çökmüş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yol boyu müxtəlif diametrlərə malik 1169 paqon-metr uzunluğunda 95 ədəd yeni suötürücü borular quraşdırılıb.

"İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolun asfaltlanması işləri aparılır. Belə ki, yolun təqribən 120 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt və üst layı 12 sm hündürlüyündə iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilir.

Həmçinin, layihə çərçivəsində Zalamçay üzərində yerləşən və 42 metr uzunluğa malik avtomobil körpüsü qəzalı vəziyyətə düşdüyü üçün əvəzinə 4 aşırımlı yeni körpü inşa edilir. Dayaqları hazır olan körpünün hazırda aşırım tirlərinin quraşdırılması işləri görülür.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 8 avtobus dayanacağının inşa edilməsi, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi nəzərdə tutulur.

Qeyd edək ki, başlanğıcını respublika əhəmiyətli Ağdaş-Zarağan avtomobil yolundan götürən və 19 km uzunluğa malik Qəbələ rayonu Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 8 mindən artıq əhalinin yaşadığı 11 yaşayış məntəqəsini əhatə edir. Yol Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında, mövcud tikinti norma və qaydalarına uyğun şəkildə yüksək keyfiyyətlə yenidən qurulur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və 60-a yaxın texnika cəlb olunub.

Yolun yenidən qurulması gediş-gəlişin rahatlaşmasına, əhalinin yetişdirdiyi kənd təsərrüfatı məhsullarının tez və xarab olmadan bazarlara çatdırılmasını təmin etməklə kənd təsərrüfatının inkişfına gətirib çıxaracaq. Bu isə öz növbəsində əhalinin sosial rifah halına müsbət təsir edəcək.




İmza:
SON XƏBƏRLƏR
2019-10-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK