adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
29 Iyun 2019 10:47
24706
KRİMİNAL
A- A+

Ağdaşda 306 kiloqram çətənə kolu yandırıldı

"Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Malay kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 306 kiloqram olan yabanı halda bitmiş 982 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.