“S-400-lərin Ankaraya çatdırılmasında heç bir gecikmə yoxdur” - Ərdoğan
"S-400 hava hücumundan müdafiə sistemlərinin Ankaraya çatdırılması prosesində heç bir gecikmə yoxdur”.
Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı deyib.
O bildirib ki, rraketlərin birgə istehsalı və texnologiyaların verilməsi barədə razılaşma Ankara üçün prioritet əhəmiyyət daşıyır:
"Biz S-400-lərin tədarükü və Düşənbədə əldə etdiyimiz razılaşma prosesini izlməyə davam edirik. Həmçinin qeyd etmək istərdim ki, raketlərin birgə istehsalı, o cümlədən texnologiyaların verilməsi bizim üçün, bizim əməkdaşlığımız üçün prioritet əhəmiyyət daşıyı".
Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri arasında görüş G20 sammiti çərçivəsində Yaponiyanın Osaka şəhərində keçirilib.(modern.az)
Digər Xəbərlər
19 Aprel 2024 16:05