viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Şərəfli ömrün salnaməsi Adalet.az | Şərəfli ömrün salnaməsi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Şərəfli ömrün salnaməsi

(Məqalə unudulmaz ağsaqqal Tiflis Ağayevin parlaq xatirəsinə həsr olunur)

5027    |   2019-06-28 18:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dünyada heç bir şey əbədi deyildir. İnsan dünyaya bir dəfə gəlir. O, cismən ölümə məhkum olsa da, tarixin yaddaşlərinda qoyub getdiyi əməllərini nəsildən – nəsilə keçərək daim yaşadır. Elə insanlar var ki, onların dünyaya gəlməsi bir kimsənin diqqətini cəlb etmir, həyatdan getmələri isə müşkül bir işə çevrilmir. Bu yaşadığımız dünyanın acı və heç nədən asılı olmayan həqiqətidir.

Ancaq elə insanlarda olur ki, onların həyatdakı varlığı, keçdiyi şərəfli ömür yolu təkcə ailəsinə, qohumlarına, dostlarına deyil, böyük bir əhali kütləsinə şöhrət gətirir. Belə insanlar az da olsa, yaxşı ki, olmuş və bu gün də, gələcəkdə də olacaqdır.

Haqqında söhbət açacağım elinə - obasına şöhrət gətirən, nəinki Qarabağ bölgəsində, hətta respublika miqyasında yaxşı tanınan Tiflis Ağaverdi oğlu Ağayevdir. Allah – tala bu ağsaqqaldan heç nəyi əsirgəməmişdi. Onun hamıdan seçilən uca boyu, cüssəli qaməti, yaraşıqlı və insanı cəzb edən aurası, çöhrəsindəki özünəməxsus nur sanki bu insanın xeyirxah əməllər sahibi olmasından xəbər verirdi. Bir əsrə qədər ömür yaşayan bu şəxsiyyət həyatın onun taleyinə bəxş etdiyi əyri – üyrü, dolambac, narahat yollarını büdrəmədən keçməyi bacarmış, işlədiyi müxtəlif vəzifələrdə öz ləyaqət və izzətini itirməmiş və ağsaqqal nüfuzuna xələl gətirən yersiz bir hərəkətə yol verməmişdir.

Tiflis Ağayevi tanıyanlar yaxşı bilirlər ki, o sambalını gözləyərək heç vaxt ailədə və ya hər hansı məclisdə, nə də iştirak etdiyi iclaslarda ucuz söz danışmağa rəvac verməmiş, öz həddini və əndazəsini gözləmiş, ətrafındakılara nümunə olmağı bacarmışdır. O, həm maddi cəhətdən, həm də mənəviyyatcan varlı idi. Bu iki şeyin vəhdətini bir adamda tapmaq çox az hallarda özünü biruzə verir. Ancaq sadaladığım bənzərsiz müsbət keyfiyyətlər Tiflis Ağayevdə var idi. Zəngin mənəviyyatı, geniş qəlbi onu əhatə edən adamları duymaq qabliyyəti, təvazökarlıq, səmimiyyət kimi hisslər sanki Tiflis Ağayevin boyuna biçilmişdi.

Tiflis Ağayev nüfuzlu bir ağsaqqal olmaqla rayonun ağır problemlərinə sinə gərməyi, öz təklif və məsləhətləri ilə yaranmış çətin vəziyyətlərdən çıxmağın yollarını göstərməyə qadir olmuşdur. O, həm də öz səxavəti ilə fərqlənirdi. Müxtəlif vəzifələrdə çalışdığı vaxt qəbuluna gələn, ehtiyacı olan sadə adamları və eləcə də maddi durumu aşağı olan ziyalıları əliboş qaytarmazdı. Mənə elə gəlir ki, təkcə öz ailəsi çevrəsində yaşayan özünü düşünən, ətrafdakılara kölgə salmayan adamlar tarixin yaddaşından silinir və tez unudulur. Ancaq xeyirxah əməllər sahibi Tiflis Ağayev bu gün də yaşayır. O, tək özü üçün deyil, elinə - obasına, eləcə də cəmiyyətə unudulmaz xidmətlər göstərən bir ömür yaşamışdır. Bu yerdə görkəmli şairimiz Ə.Kürçaylının bir bənd şeiri yadıma düşür:

Sən ömür adlanan bir yol üstəsən

Bu yolda insana ağ gün istə sən

Təkcə öz ömrünü xoşbəxt istəsən

Bəşər övladından uzaqda, yaşa !

Bəli, T.Ağayev təkcə özü üçün yox, minlərlə insanlara xoşbəxtlik arzulayan, ləyaqətli və yaddaqalan bir ömür yaşadı.

Ağayev Tiflis Ağaverdi oğlu 1923 – cü ildə Füzuli rayonunun Çimən kəndində anadan olmuşdur. O, Füzuli rayon fəhlə - gənclər məktəbini bitirdikdən sonra 1958 – 1962 – ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirərək alim – aqronom ixtisasına yiyələnmişdir.

T.Ağayev Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, 1941 – ci ildə cəbhəyə gedən gənc Tiflis 1944 – cü ilə kimi Rusiyanın müxtəlif şəhərlərində döyüş yolu keçmişdi. Nəhayət, 1944 – cü ildə hər iki ayağından güllə yarası alan vətən oğlu Bakıya dönərək 6 ay buradakı Hərbi qospitalda müalicə olunur. O, rayona qayıdarkən bir müddət müharibənin vurduğu yaranın təsirindən əziyyət çəkir, hətta əl ağacı ilə gəzməli olur.

Əmək fəaliyyətinə çox erkən başlayan gənc Tiflisə doğma kəndlərində kolxoza rəhbərlik etmək kimi bir etimad göstərilmişdi, O, 1945 – ci ildən 1949 – cu ilə kimi Çimən kəndindəki kolxozun idarə heyyətinin sədri seçilmişdir. Onun işgüzarlığı və təşkilatçılığı o vaxtkı rayon rəhbərliyinin diqqətini cəlb etmiş, 1949 – cu ildə Cuvarlı və Xələfşə kəndlərində kolxoz sədri işləməyi məsləhət bilinmişdir.

1950 – 1961 – ci ildə ona daha böyük etimad göstərilmiş, bir neçə sovetliyi özündə birləşdirən Qoçəhmədli, Arış, Pirəhmədli, Mollavəli, Xələfşə, Cuvarlı, Çimən kəndlərində kolxoz sədri kimi fəaliyyət göstərməsinə şərait yaradılmışdır. 1961 – 1968 – ci illdə H.Hacıyev adına kolxozun idarə heyyətinin sədri seçilən Tiflis 1968 – ci ildən 1984 – cü ilə kimi (16 il) rayonlararası Horadiz pambıqtəmizləmə zavodunda direktor , 1984 – cü ildən 1992 – ci ilə kimi isə bir neçə kəndi birləşdirən "Qırmızı Oktyabr” sovxozuna rəhbərlik etmişdir. O, rayonun ictimai işlərində yaxından iştirak etmiş, bir neçə çağrış rayon sovetinin deputatı, rayon partiya komitəsinin plenum üzvü seçilmişdir.

T.Ağayevin əməyi respublika hökuməti tərəfindən qiymətləndirilmiş, 1975 – ci ildə ona "Şərəf nişanı” ordeni verilmişdir. O, müxtəlif illərdə əmək və müharibə veteranı döş nişanı və digər fəxri fərmanlarla təltif olunmuşdur.

Epiloq əvəzi :

Ağayev Tiflis Ağaverdi oğlu uzun bir ömür sürərək 2019 – cu ilin aprel ayında 96 yaşında dünyasını dəyişdi. Belə bir məşhur deyim var ki, hər kəs uca dağın ətrafında, yaxınlığında olarkən onun böyüklüyünü duymur. Ancaq dağdan uzaqlaşanda, ona bir qədər kənarda baxanda bu əzəmət və böyüklük hiss olunur. Bu mənada T.Ağayev öz doğmalarndan, onu tanıyanlardan zamanca uzaqlaşdıqca onun bir ağsaqqal və müdrik insan kimi böyüklüyü nəzərə çarpır.

Bu sətirlərin müəllifi də T.Ağayevi yaxından tanıyan bir həmyerli kimi onun yas mərasimində iştirak edib. Həmin yas mərasimində insan əlindən, necə deyərlər tərpənmək mümkün deyildi. Onu yaxından - uzaqdan tanıyanlar, ən başlıcası isə doğma həmyerliləri, Füzuli rayon ictimaiyyəti T.Ağayevin oğluna, əziz qohumlarına başsağlığı verərək bu müdrik insana son borcunu verməyə gəlmişdilər. Mərasimdəki insan dənizi bir daha onu təsdiqləyir ki, əsrə yaxın həyat sürən bu xeyirxah və nəcaib insan ömrünü boş - boşuna keçirməmiş, yaxşı əməlləri ilə yadda qalmışdır.

Təsəlli odur ki, T.Ağayevin nəsil şərəcəsini davam etdirən, fəxr ediləsi oğlu, qızı və nəvələri vardır.

Onu qeyd edim ki, T.Ağayevin oğlanları, qızları və nəvələri ali təhsilli mütəxəssisdirlər.

Oğlu – Ağayev Habil DİN – nin Sabunçu rayonundakı dəmir yolunda rəis işləyir.

Qızı – Ağayeva Nuridə, Azərbaycan dili və Ədəbiyyat müəllimi ixtisasına yiyələnmiş və respublikanın əməkdar müəllimidir.

Digər oğul və qızları və nəvələri ali təhsillidirlər və müxtəlif vəzifələrdə çalışırlar.

T.Ağayev mənalı bir ömür yaşamışdır. Onun işıqlı həyatı heç vaxt yaddan çıxmayacaq, unudulmayacaqdır.


Ehtiram Səfərov, 

Füzuli rayon 56№ li tam orta məktəbin direktoru, filologiya üzrə fəlsəfə doktoru.




İmza:
SON XƏBƏRLƏR
2019-07-24
2019-07-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK