adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
28 Iyun 2019 17:02
8749
MƏMLƏKƏT
A- A+

"Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib

İyunun 28-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib.

Tədbirdə Bakı şəhərininXəzər və Pirallahı rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, "Həyat bilgisi” fənnini tədris edən müəllimləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, təmsil etdiyi qurum təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması istiqamətində Təhsil Nazirliyi, o cümlədən Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə fəaliyyət göstərir. Məktəblilərin dinlə bağlı məlumatları etibarlı mənbədən almalarının vacibliyindən danışan G.İsmayılov qeyd edib ki, belə olduğu təqdirdə yeniyetmə və gənclərimiz zərərli dini ideologiyanın təsirinə düşməzlər. Sədr müavini çıxışında gənclərimizin milli-mənəvi dəyərlərimizin əsasında tərbiyə olunmasının vacibliyinə diqqət çəkib. Gündüz İsmayılov bu sahədə müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Dövlət Komitəsinin sədr müavini, eyni zamanda cəmiyyətimiz üçün real təhlükə olan dini fanatizm, dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları barədə məlumat verib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov isə çıxışında milli-mənəvi dəyərlərin ümumbəşəri dəyərlərlə sintez edilməsinin əhəmiyyətinə toxunub. H.Əsgərov vurğulayıb ki, dini dəyərlər mənəvi dəyərlər sistemində xüsusi yer tutur. BŞTİ-nin müdir müavini, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsnin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib.

Konfransda təhsil işçilərinin maraqlandıran suallar cavablandırılıb.