viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri hacklink Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub Adalet.az | ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

ADU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub

3406    |   2019-06-28 16:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 28-də Azərbaycan Dillər Universitetində (ADU) yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədi ilə növbəti mediatur təşkil olunub.

 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 3 iyun 2019-cu ildən 5 iyul 2019-cu ilədək davam edəcək.

ADU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, dosent Tamam Cəfərova media nümayəndələrini və valideynləri universitetdə görməkdən məmnun olduğunu deyib. O, keçən mediatur haqqında qısa məlumat verərək, universitetdə imtahan prosesinin izlənilməsinin açıq şəraitdə təşkil olunduğunu bildirib. Prorektor mediaturları birdəfəlik aksiya kimi deyil, proses şəklində keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

T.Cəfərova bildirib ki, mediaturların təşkilinin məqsədi həm şəffaflığı təmin etmək, həm də imtahan prosesinə kömək etməkdir. Mediaturların təşkilinin ölkə rəhbərinin təhsilin inkişafına və onun demokratik idarə olunmasına verdiyi diqqətin nəticəsi olduğunu deyən prorektor bununla vətəndaşların idarəetmədə iştirakının təmin olunduğunu vurğulayıb.

Biliyin qiymətləndirilməsi, monitorinq və keyfiyyətin təminatı şöbəsinin rəhbəri Fatma Qurbanzadə yaz semestrinin yay imtahan sessiyasının təşkili prosesi, tələbələrin yazı işlərinin yoxlanılması haqqında məlumat verib. Növbəti həftə imtahan sessiyasının yekunlaşacağını deyən F.Qurbanzadə apellyasiya prosesi haqqında da danışıb.
Təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov və rektorun məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Anar Osmanlı imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol verilmədiyini qeyd ediblər.

ADU-nun Valideynlər Komitəsinin sədri Zülfiyyə Hüseynova ADU-da tələbə və müəllimlər üçün yüksək səviyyədə şərait yaradıldığını deyib. Övladının məhz ADU-nun tələbəsi olmasından şad olduğunu deyən valideyn bu təhsil ocağının ölkənin qabaqcıl universitetlərindən olduğunu söyləyib. Universitetin rektorluğunun iclasında iştirakından danışan Z.Hüseynova bu prosesin şəffaflığın mövcudluğunu sübut edən amil olduğunu diqqətə çatdırıb. Z.Hüseynova, eləcə də digər valideynlər övladlarının ADU-nun dərs prosesindən razı qaldıqlarını, hər zaman imtahandakı obyektivlik və şəffaflıqdan danışdıqlarını deyiblər. Valideynlər ADU-nun yetişdirdiyi tələbələrin universitetin adını daim uca tutmaqlarını və tədris prosesində uğurlar arzulayıblar.

Mediaturda məlumat verilib ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib.

ADU rektorunun imzaladığı əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işləri aparılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil edilməsi, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.

Qeyd edək ki, ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və info@adu.edu.az ünvanlı elektron poçtu "Qaynar xətt” elan edilib.




İmza:

“Jurnalistika” ixtisasına qəbul olmaq istəyənlər üçün qeydiyyat başlayır

Bakı Ali Neft Məktəbi mətbuat işçilərini təbrik edib

“Dediyin yalanlardan utan, səsini çıxarma” - Böhtanlara cavab

ADU-da müəllimlər üçün təlim yekunlaşdı

Xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat bu gün başa çatır

51 abituriyentin qiymətində dəyişiklik edildi

Serbiya Kral Akademiyasının Prezidenti ADU-nun rektoruna təşəkkür məktubu ünvanlayıb

UNEC-də professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirməsinin nəticələri açıqlanacaq

Nazir müavini: "Rus bölməsi ilə bağlı müraciət edənlərin sayı çox olarsa..."

Rezidentura imtahanının II mərhələsinin nəticələri elan olundu

Təhsil Nazirliyi xaricdə təhsil almaq istəyənlərə müraciət etdi

İxtisas seçimi ərəfəsində abituriyentlərə dəstək: “UNEC-i tanı!”

SON XƏBƏRLƏR
2019-07-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK