hacklink Adalet.az | Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb Adalet.az | Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Vəkillər Kollegiyası arasında Anlaşma Memorandumu imzalanıb

11088    |   2019-06-28 16:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları, xüsusilə "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmandan irəli gələn tövsiyə və tapşırıqların icrası ölkəmizdə qanunçuluğun və hüquq qaydasının daha da möhkəmləndirilməsi prosesinə böyük töhfə verib.

Həmin məqsədə nail olunması üçün vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, mövcud sahədə hüquqi maarifləndirmə tədbirlərinin genişləndirilməsi, peşəkar kadr potensialı ilə seçilən hüquq mühafizə orqanlarının, habelə insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatların qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində birgə fəaliyyət göstərməsi vacib şərtlərdəndir. Müasir dövrün çağırışlarına uyğun hüquqi islahatların davam etdirilməsi nəticə etibarı ilə hüquqi dövlət prinsiplərinin inkişaf etdirilməsi, əhalinin dövlət hakimiyyəti və hüquq mühafizə orqanlarına etimadının yüksəldilməsi, vətəndaşların qanuna riayət etmə ruhunda maarifləndirilməsinə hesablanıb.

Qeyd edilən zərurətdən irəli gələrək, Vəkillər Kollegiyanın digər dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığının qurulması çərçivəsində cari il iyunun 28-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında hər iki qurumun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə korrupsiya ilə mübarizə sahəsində qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Tədbiri giriş sözü ilə açan Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev memorandumun əhəmiyyətinə toxunaraq, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik məhkəmə-hüquq sisteminin formalaşdırılması, qanunçuluq və hüquq qaydasının möhkəmlənməsinə istiqamətlənən islahatların ölkədə həyata keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəkləndiyini bildirmiş, qeyd olunan sahədə dövlət orqanları, o cümlədən hüquq mühafizə orqanlarının qarşılıqlı olaraq insan hüquqlarının peşəkar müdafiəsi sahəsində ixtisaslaşmış təşkilatlarla, həmçinin vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığının genişlənməkdə olduğunu qeyd edib.

Baş prokurorun müavini Vəkillər Kollegiyasının vəkillərin xidməti fəaliyyəti ilə əlaqədar onlara məlum olan korrupsiya hüquqpozmaları barədə məlumatlarının təxirəsalınmadan prokurorluq orqanlarına verilməsinə dair razılığın memoranduma daxil edilməsini cinayətkarlığın bu təhlükəli təzahürünə qarşı mübarizədə önəmli töhfə olacağını vurğulayıb.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov çıxış edərək bildirib ki, ölkəmizdə vəkillik sahəsində aparılan mütərəqqi islahatlar nəticəsində ölkədə vəkillərin sayı əhəmiyyətli dərədəcə artmış, hazırda Bakı və Azərbaycanın regionlarında 1500 nəfərdən çox vəkil xidməti fəaliyyət göstərir. Kollegiyanın öz işini müasir dövrün tələblərinə uyğun qurduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran A.Bağırov dövlətin vəkilliyin inkişafına böyük diqqət ayırdığını bildirib.

Belə ki, Prezident cənab İlham Əliyevin "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli Sərəncamında Vəkillər Kollegiyasına fəaliyyətində şəffaflığın artırılması tövsiyə edilib.

Eyni zamanda, Anar Bağırov "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanda Vəkillər Kollegiyasına verilmiş tövsiyələr çərçivəsində bu Memorandumun imzalanmasının, hər iki qurum arasında səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasının mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb.

Qeyd olunub ki, əməkdaşlıq münasibətlərinin qurulmasının başlıca qayəsini vətəndaşlarımızın hüquq və azadlıqlarının səmərəli müdafiəsi təşkil edir ki, Memorandumun imzalanması son nəticədə məhz bu məqsədə xidmət edir.




İmza:

Azərbaycan xalqı AXC şinelindən çıxmış heç kimi dinləməməlidir - Aslan İsmayılov

Rəsmi Bakının “qara siyahı”sına düşənlərin sayı çoxalıb

Ümummilli lider Heydər Əliyev Həştərxanda anılıb - FOTO

Azərbaycan Albaniyaya 500 min avroluq yardım edib

Müxalifət funksioneri "boykot" çağırışına görə Əli Kərimlini "ağ yuyub, qara sərdi"

Türkiyə XİN ABŞ Senatının qətnaməsini kəskin pislədi

“Dövlət siyasətində qadınlara böyük önəm verilir” - Nazir müavini

Naxçıvanda yeni publik hüquqi şəxs yaradıldı

Siyavuş Novruzov: "Milli Şura" zəifliyini ört-basdır etmək üçün seçkiyə getmək istəmir

Xələf Xələfov Gürcüstan-Azərbaycan sərhədində baş verən insident barədə: “Təxribat xarakterli deyil”

Nazirlər Kabineti rəsmisi: "İslahatlar davam edir"

Səfir: "Heydər Əliyev atdığı hər bir addımdan örnək götürülməli olan böyük bir liderdir"

SON XƏBƏRLƏR
2019-12-16
2019-12-14
2019-12-13


VİDEO