hacklink Adalet.az | Baş Prokurorluq və DİN Əli Kərimlinin saxlanılma səbəbini açıqladı - XƏBƏRDARLIQ Adalet.az | Baş Prokurorluq və DİN Əli Kərimlinin saxlanılma səbəbini açıqladı - XƏBƏRDARLIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Baş Prokurorluq və DİN Əli Kərimlinin saxlanılma səbəbini açıqladı - XƏBƏRDARLIQ

9538    |   2019-06-28 15:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İyunun 28-də AXCP sədri Əli Kərimli Binəqədi rayonu ərazisində yerləşən Müsavat Partiyasının qərargahının qarşısından qanunsuz yürüş keçirilməsi barədə sosial şəbəkələrdə yaydığı çağırışla əlaqədar Binəqədi Rayon Polis İdarəsinə dəvət edilib.

Bu haqda  Baş Prokurorluq və Daxili İşlər Nazirliyindən verilən birgə məlumatda bildirilib.

Qeyd olunub ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış ərazilərdə mitinq və qanunla müəyyən edilmiş qaydada təşkil edilməyən toplantının keçirilməsinə cəhdin "Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olduğu onun nəzərinə çatdırılmışdır.

Bildirilib ki, ictimai asayişin pozulmasına yönələn belə qanunsuz hərəkətlərin qarşısı bundan sonra da qanunvericiliklə müəyyən edilmiş qaydada alınacaq.

"Təşkilatçıların məsuliyyətə cəlb olunacaqları barədə "Prokurorluq haqqında” qanunun tələblərinə uyğun olaraq ona rəsmi xəbərdarlıq edilib və sərbəst buraxılıb”-deyə məlumatda qeyd olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-12-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88%)
Pullsuz (12%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yayın cırhacırı Abdal Qasım oturubmuş, görür iki erməni bərkdən danışa-danışa gəlir.

Yanındakı dostuna deyir:

- Ə, bu köpəyuşağları bu istidə bu dildə nətəhər danışırlar ey?!




digər lətifələr
ARXİV
FACEBOOK