hacklink Adalet.az | “Azərbaycan münaqişələrin həlli üçün vasitəçi olmağa hazırdı” - DEPUTAT Adalet.az | “Azərbaycan münaqişələrin həlli üçün vasitəçi olmağa hazırdı” - DEPUTAT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

“Azərbaycan münaqişələrin həlli üçün vasitəçi olmağa hazırdı” - DEPUTAT

11682    |   2019-06-28 15:34
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Son vaxtlar ABŞ-la İran, Rusiya ilə Gürcüstan arasında münasibətlərin gərginləşməsi, eyni zamanda Ermənistanda yaranmış özbaşınalıq, atəşkəsin pozulması regionda inkişafa zərbədir”.

Bunu Modern.az-a Milli Məclisin deputatı Tahir Rzayev bildirib.


Deputat deyib ki, baş verən hadisələr heç də Azərbaycanın xeyrinə deyil.

"Ermənistan istisna olmaqla ölkəmizi qonşu dövlətlərlə sıx iqtisadi-siyasi əməkdaşlıq əlaqələri birləşdirir. Buna görə ölkə rəhbəri İlham Əliyev xalqımızın mənafeyi naminə Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin qorunub-saxlanmasına böyük önəm verir. Qaz, neft, nəqliyyat sisteminin fəaliyyətinin təmin olunmasında başlıca amil - sabitlik, mehriban qonşuluq Azərbaycanın siyasi xəttinin başlıca istiqamətidir. Bu, nəinki Cənubi Qafqaz xalqları, eləcə də dünya ictimaiyyəti üçün faydalıdır. Azərbaycanın xarici müdaxilələrdən əziyyət çəkməsinə, torpaqlarının bir hissəninin işğal olmasına, Ermənistanla müharibə şəraitində yaşamasına baxmayaraq, yenə də sülhün, əmin-amanlığın, qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin tərəfdarıdır. Yürüdülən sistemli siyasi xətt, respublikada keçirilən bir çox beynəlxalq səviyyəli humanitar tədbirlər bunun əyani ifadəsidir”.

Tahir Rzayev bildirib ki, Azərbaycan münaqişələrin baş verməməsi üçün hətta həmin ölkələrin arasında vasitəçilik missiyasını belə öz üzərinə götürməyə hazırdır:

"Rusiya və Türkiyə arasında yaranmış narazılıqlar zamanı göstərilən səmərəli təşəbbüslər buna bariz nümunədir. Ölkədə yaradılan ictimai-siyasi sabitlik bizim ən böyük nailiyyətimizdir. Bu sabitliyin qorunub-saxlanılması ilk növbədə Azərbaycan iqtisadiyyatının inkişafı, insanların həyat şəraitinin yaxşılaşdırılması, eləcə də ölkənin beynəlxalq nüfuzunun gücləndirilməsi üçün lazımdır”.




İmza:

GÜNÜN SÖZÜ SİYAVUŞ NOVRUZOVDAN

BMT ELƏ BİLİR ONU ADAM YERİNƏ QOYAN VAR EY

NATO-nun yubiley sammiti

Məmmədyarov Mnatsakanyanla görüşün çətin keçdiyini bəyan etdi

Fuad Muradov: Ermənilər bir təxribat törədəcəklərsə, on qat cavabını alacaqlar - VİDEO

Prezident İlham Əliyev finlandiyalı həmkarını təbrik edib

Vilayət Eyvazov kolumbiyalı səfirlə görüşüb

Zakir Həsənov Pakistanın ölkəmizdə diplomatik fəaliyyəti başa çatan səfiri ilə görüşüb

Acizlikdən qara piara başlayanlar...

Tahir Rzayev: "Sənətkarlarımıza sonsuz qayğı və diqqət tarixin yeni səhifələridir"

Fuad Muradov: Diaspora təşkilatlarının fəaliyyəti bir icma işidir, könüllülük, vətənə sevgi məsələsidir

Komitə sədri: Azərbaycan dövləti həmişə xaricdə yaşayan soydaşlarının yanındadır - YENİLƏNİB

SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK